AZ

"Qlobal iqlim fəlakəti qarşısıalınmazdır, proses artıq başlayıb" - "The Guardian"

 
"Cari əsrin sonuna qlobal hərarət kritik göstəriciləri keçəcək, bu da bəşəriyyət və bütövlükdə planetimiz üçün fəlakətli nəticələr törədəcək..."
 
"Dəqiq elmi sübutlara rəğmən, hökumətlərin fəaliyyətsizliyi ümidsizlik və qəzəb doğurur..."
 
Bəşəriyyət indiyədək iqlimin mühafizəsi üçün həddən artıq az iş görür, bunun nəticələrini tezliklə hamı hiss edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.
 
Cari əsrin sonundək qlobal hərarət kritik göstəriciləri keçəcək, bu da bəşəriyyət və bütövlükdə planetimiz üçün fəlakətli nəticələr törədəcək, nəşr yazıb.
 
İqlim dəyişikliyi üzrə ekspertlərin nüfuzlu Hökumətlərarası qrupundan (IPCC) olan respondentlərin demək olar ki, 80 faizi güman edir ki, əsrin sonuna qlobal hərarət industrial dövrdən öncəki göstəricilərindən ən azı 2, 5 C  dərəcə çox olacaq.
 
Respondentlərin yarısı hesab edir ki, hərarət 3 C dərəcə artacaq. Yalnız 6 faizi hesab edir ki, hərarət cəmi 1, 5 C dərəcə yüksələcək, bu göstəricini beynəlxalq ekspertlər birliyi artıq indi kritik hesab edir.
 
Rəyi soruşulan alimlərin bir çoxu gələcəyi "yarımdistopik" olacağı, aclıq, münaqişələr və intensivliyi və tezliyi artıq əvvəlkilərdən xeyli yüksək olan istilik, meşə yanğınları, daşqınlar və qasırğalarla bağlı kütləvi miqrasiyalar kimi təsəvvür edir.
 
Bir çox ekspertlər deyib ki, onlar təqdim edilən dəqiq elmi sübutlara rəğmən, hökumətlərin fəaliyyətsizliyindən ümidsizlik və qəzəb keçirir.
 
"Mən hesab edirəm ki, növbəti beş il ərzində bizi ciddi ictimai fəlakət gözləyir. Bir-birinin ardınca ekstremal hadisələr təlatümlər törədəcək, qida istehsalı pozulacaq. Mən gələcəklə bağlı bundan böyük məyusluq hissi keçirə bilmərəm", - bunu Tasmaniya Universitetindən Qretta Pekl deyib.
 
Böyük Britaniyanın Ekseter Universitetindən Piter Koks qeyd edir ki, iqlim dəyişikliyi kritik nöqtəni (industrial dövrdən öncəki 1, 5 C səviyyəsi) keçəndə qəflətən baş verməyəcək. 
 
Onun sözlərinə görə, bu dəyişikliklər tədricən baş verir, onlar dayanmayacaq, bu nöqtəni keçəndən sonra artmağa başlayacaq.
 
Monako Elmi Mərkəzindən Natali Hilmi hərarətin 3 C dərəcə artacağını gözləyir, o, əmindir ki, hərarəti 1, 5 C dərəcədən aşağı saxlamaq, sadəcə, mümkün deyil.
 
Ekspertlər bəyan edib ki, hazırda insanların yaxınlaşan iqlim fəlakətindən mühafizə edilməsinə hazırlıq həlledici əhəmiyyətə malikdir.
 
İqlim problemləri - son xəbərlər
 
Xəbər verildiyi kimi, Sibirdə baş verən meşə yanğınları hər il on minlərlə çinli və yaponları öldürür. İqtisadi zərər ildə on milyardlarla dollar civarında qiymətləndirilir.
 
Avropada toz qasırğaları getdikcə daha tez-tez baş verir, vəziyyət bundan sonra daha da pisləşəcək. Bu gün toz qasırğalarının qarşısının alınması strategiyasını gerçəkləşdirən yeganə ölkə Çindir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla