AZ

Olimpiya Təsnifat Turnirinə start verilir

Bu gün güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start veriləcək.

Offsideplus.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.

Azərbaycan millisinin 4 “klassik”i Paris-2024-ə son lisenziyalar üçün mübarizə aparacaq. Təmsilçilərimiz bunun üçün ilk üç yerdən birini tutmağa çalışacaq.

Yunan-Roma güləşi
60 kq

Murad Məmmədov təsnifat mərhələsində Aleksandrs Yurkyans (Latviya) ilə qarşılaşacaq.

87 kq
Rafiq Hüseynovun təsnifat mərhələsindəki rəqibi İlyas Paqkalidis (Yunanıstan) olacaq.

97 kq
Təsnifat mərhələsindən yarışa başlayan Murad Əhmədiyev Riçard Karelsonu (Estoniya) sınağa çəkəcək.

130 kq
Sabah Şəriəti təsnifat mərhələsini adlamaq üçün Nikolaos Ntunyasa (Yunanıstan) qalib gəlməlidir.

Qeyd edək ki, Azərbaycan millisi İstanbuldakı turnirədək sərbəst güləşdə 6, yunan-Roma güləşində 2 lisenziya qazanıb. Sabah qadın millimizin 5 güləşçisi xalça üzərinə çıxacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla