AZ

“Kəpəz”lə oyunlarımız həqiqətən alınmır” – Vaqif Cavadov belə dedi

Dünən əvəzedicilər liqasının “Kəpəz” - “Sumqayıt” matçında maraqlı nəticə qeydə alındı.

“Football-plus.az” xəbər verir ki, 7 oyunluq məğlubiyyətsizlik seriyasına malik olan “Sumqayıt” elə sonuncu dəfə məğlub olduğu “Kəpəz”lə yenə bacarmadı – 1:3. Vaqif Cavadovun yetirmələri “Neftçi” və “Sabah” kimi liderlik yolunda irəliləyən əsas komandaları məğlub etməyi bacarsa da, Gəncə təmsilçisiylə görüşdə xüsusi çətinlik çəkdiyi aşkardı. Oyunla bağlı fikirlərini öyrənmək üçün baş məşqçi Vaqif Cavadovla əlaqə saxladıq:
“Yaxşı oyun oldu. Amma çətin səfər idi. “Kəpəz”lə oyunlarımız həqiqətən alınmır. Bəlkə də başqa görüşlərimizə baxanda bu komandayla oyunlarda qol imkanlarımız həddən çox olur. Amma nədənsə biz bu imkanlardan yararlana bilmirik. Yəni yüzdəyüz qol epizodlarında top ya tirə tuş gəlir, ya da qapıçı dəf edir. Buna baxmayaraq, heç bir problem yoxdu. Uşaqlar çox gözəl futbol nümayiş etdirdilər, hər şey qaydasındadı. İnanıram ki, mövsümü yaxşı pillədə başa vuracağıq. Ən önəmlisi odu ki, oyunçuların özgüvəni artıb. Əsas olan bir məqam da budu ki, hər futbolçumuz oyundan sonra öz çıxışından zövq alsın. Doğrudu, nəticə baxımından üzüldülər. Ancaq onları təbrik etdim. Çünki pis oynamağa üzülmək olar, amma yaxşı mübarizə aparıb, sadəcə, bəxtsizlikdən məğlub olmaq tam başqadı”.


Qeyd edək ki, “Sumqayıt”ın əvəzediciləri 33 turdan sonra 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla