AZ

NASA, qara dəlikdə səyahətin videosunu yayımlayıb

Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb. 

NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən astrofizik Jeremy Schnittman-ın yaratdığı videoda işığın belə qravitasiya təsirindən qaça bilmədiyi qara dəliyin üfüq nöqtəsindən kənara keçdiyimiz zaman nələrin baş verəcəyi göstərilib. Nəticədə ortaya çıxan şəkillər həqiqətən də təsir edici və göz oxşayan alınıb. 

Bu vizuallaşdırmalarda Schnittman, nisbiliyin nəzəri tərəfini müşahidə edilə bilən nəticələrlə açmaq istədiyini bildirib. Bu videoda 2 fərqli ssenari var. Ssenarilərdən birincisində qara dəliyin üfüq nöqtəsini keçərkən görünə biləcək hadisələr simulyasiya edilir. İkinci ssenaridə isə kamera birbaşa qara dəliyin mərkəzindən keçir. Beləliklə, kamera bizə məlum olmayan bu sirli kosmik quruluşda səyahət edir. Bir müddətdən sonra istiqamət və işıqların miqyasını qavrayış səviyyəmiz yox olur. Nəhayət, sonda isə kamera tamamilə qaranlığa qərq olur

Dinamik simulyasiya videosuna ingilis dilində izahatlar da daxildir. Beləliklə, qara dəliyin üfüq nöqtəsi və foton kəməri kimi strukturlar izləyiciyə ötürülür. Daha çox əlçatanlıq üçün video 360 dərəcə bucağa malikdir və səma xəritəsini də özündə ehtiva edir. Onu da qeyd edək ki, Schnittman-ın alim Brian Powell ilə hazırladığı videoda NASA-nın Discover adlı superkompüterindən istifadə edilib.

© technote.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14419
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13966
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11355
Helikopterin qalıqları tapılıb
8908
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7977
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6983
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4756
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4070
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3835
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3545
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2072
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1617
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1550
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355