AZ

Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO

Qusar şəhər meşəsində böyük bir ərazinin satıldığı iddia edilir.

“Ölkə.Az” xəbər verir ki, sözügedən ərazidə ev tikmək üçün 4200-dən artıq ağacın kəsiləcəyi bildirilir.

Ərazinin xəritədən və real görüntüləri isə belədir:

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev qeyd olunan ərazidə aparılan bütün tikinti işlərinin dayandırıldığını dedi.

“Polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - deyə E. Hacıyev əlavə edib.

Könül
Ölkə.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
Mənbələr
Şərh ()
Bağla