AZ

Kiyevdən Rusiyanın hücumuna cavab: neft bazası hədəfə alındı

Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumuna cavab olaraq Kiyev Rusiyanın enerji obyektlərinə hücum edib.

Ölkə.Az xəbər verir ki, 9 mayda Ukrayna PUA-ları Krasnodar diyarında Anapa şəhərinin yaxınlığındakı Yurovka kəndindəki neft bazasına  hücum edib. Nəticədə neft bazasında yanğın baş verib. 

Krasnodar hakimiyyət orqanlarının verdiyi xəbərə görə, 10-a yaxın PUA-dan 6-sı zərərsizləşdirilsə də,  bir neçəsi neft bazasına düşüb. Hadisə yerinə Anapa şəhərinin meri Vasili Şvets gedib. 

Ümumiyyətlə, son aylarda Ukrayna PUA-ları Rusiya ərazisinə, xüsusən də Krasnodar diyarındakı neft bazalarına hücumu davamlı xarakter daşıyır. 

Bundan əvvəl Ukrayna PUA-ları Krasnodarın  Slavyanski, Severski və Kuşçevski rayonlarındakı enerji infrastruktur obyektlərinə və neft emalı zavodlarına hücum edib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla