AZ

“WhatsApp”da yenilik

“WhatsApp” mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.

"Unikal" xəbər verir ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər.

Məlumata görə, yenilik “WhatsApp” mesencerinin “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
22
Mənbələr
Şərh ()
Bağla