AZ

İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ

 

Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan xalqımız cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Gəncliyini faşizmə qarşı mübarizədə - cəbhədə ağır döyüş yolları keçmiş, Leninqrad mühasirəsində sağ qalmış, hərbi zavodlarda çalışmış, hospitallarda yaralıları xilas etmiş müharibə veteranları hər il Qələbəni qürur hissi ilə qarşılayırlar. İllər keçdikcə bu veteranların sayı getdikcə azalır.

İkinci Dünya müharibəsi veteranlarından biri də 99 yaşlı İsgəndər Vəliyevdir. Veteran Ednews-a geniş açıqlaması zamanı müharibədə iştirakından və başına gələn hadisələrdən danışıb:

“1926-ci il fevral ayında Qazaxda anadan olmuşam. Müharibə zamanı mənim 18-19 yaşım var idi. İlk dəfə 1943-ci ildə Stalinqrad müharibəsinə yollanmışdım. Mən o vaxtlarda gəncdim, lakin cəbhədə qarşılaşdığımız çətinlikləri, qorxulu anları və müqavimət göstərilən çətinliyi hələ də xatırlayıram. Stalinqrad, həm də soyuğu ilə məşhurdur. Qar sinəyə çatırdı, qar altında düşmənlə mübarizəmiz bizə ciddi çətinliklər yaratmışdı. Lakin Stalinqrad müharibəsinin ilk həftəsində Azərbaycan Sovet komünist partiyasının birinci katibi Mir Cəfər Bağırovun qərarı ilə Bakıya qayıtmalı oldum”.

 

Veteran vurğulayıb ki, Bakıya qayıtmağımın səbəbi arxa cəbhədə böyük şəkildə qüvvəyə ehtiyac olması idi:

“Fin cəbhəsində gedən döyüş üçün Bakının neftinə və benzininə ehtiyac vardı. Ümumiyyətlə, Bakı nefti və mazutu İkinci Dünya müharibəsinin taleyini dəyişmişdi. Biz neft quyularında işləyərkən hər əsgərə 3 quyu düşürdü. Demək olar, hər gün tonlarla nefti ön cəbhəyə göndərirdik. İki il arxa cəbhədə gecə-gündüz demədən işləyirdik. Bütün bunların hamısı vətənimiz və qələbə sevincini dadmaq üçün idi. Bu gün 9 may, Azərbaycan xalqının Böyük Vətən müharibəsi zamanı göstərdiyi şücaətin tarixə səpilmiş bir nümunəsidir. 9 May Qələbə günündən 79 il keçir. Heç vaxt unutmuram, biz neft quyularında işləyərkən qələbə sevincini radiodan eşitmişdik. “Qələbə” sözünü eşidəndə sevincdən özümü ikinci mərtəbədən yerə atmışdım”.

Vətənimizi İkinci Dünya müharibəsində layiqincə təmsil etməsinə görə hər zaman qürur duyduğunu vurğulayan İ.Vəliyev hər zaman veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya veteranlar adından minnətdarlığını bildirdi.

Qəhrəmanımızın keçdiyi həyat yolu, təcrübəsi Azərbaycan gənclərinə nümunədir və bu gün veteranlarımızın mövqeyi gənclərimiz üçün vacibdir. Gənclərimiz veteranların həyat və təcrübəsindən daim faydalanmalıdırlar. Xalqımız fəxr edir ki, İkinci Dünya müharibəsi illərində Vətənə hədsiz sevgi, şücaət, faşizm üzərində Qələbəyə sonsuz inam və əsl mərdlik nümayiş etdirən unudulmaz veteran kişilərimiz və qadınlarımız var.

Xatırladaq ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23002
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14443
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14284
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11369
Helikopterin qalıqları tapılıb
9059
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8003
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7009
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4852
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4349
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4095
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3859
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3553
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2809
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2085
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1657
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1625
Azərbaycan nefti ucuzlaşdı
1619
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1359