AZ

“Yüksəkliyin Heydər Əliyev zirvəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib - FOTOLAR

YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildonümü münasibətilə Sabunçu rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yüksəkliyin Heydər Əliyev zirvəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. SİA xəbər verir ki, müsabiqəyə 74 yazı təqdim olunub.

Müsabiqəsinin keçirilməsinin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin siyasi irsini yeniyetmə və gənclər arasında geniş təbliğ etmək, gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasıdır. Müsabiqədə məktəblilər öz düşüncələri əsasında müasir müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndərimiz haqqında fikirlərini qələmə alıblar.

Müsabiqənin nəticələrinə görə, Sabunçu rayonu 22 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Nərmin I yerə, 71 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Fidan II yerə, 90 nömrəli tam orta məktəbin şagirdi Həmzə-zadə Zəhra isə III yerə layiq görülüblər.

İnşa müsabiqəsinin qalibləri diplomlar və hədiyyələrlə təltif olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla