AZ

17 snayperimizin final mərhələsinə vəsiqə şansı

Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.

İdman.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin 17 atıcısı hədəf önünə keçəcək.

Skitdə mübarizə aparan snayperlərimiz təsnifat mərhələsinin 2-ci günündə mübarizəni yekunlaşdıracaqlar. Niyaz Ağazadə, Fuad Qurbanov, Cavid Həsənov, Əli Mustafayev və Hüseyn Mahmudov, həmçinin Nurlana Cəfərova, Reqina Meftahətdinova, Sevda Mustafayeva və Cəmilə Paşayeva da mübarizə aparacaq. Bu növdə günün ilk yarısında təsnifat, ikinci yarısında finallar baş tutacaq.

Qadın yığmamızın 5 üzvü 25 m məsafədən tapança ilə atəş açmada dünən start götürən mübarizəni yekunlaşdıracaq. Xanna Əliyeva, Zeynəb Sultanova, Həqiqət Atayeva, Nigar Nəsirova və Nərminə Səmədova hədəf önünə keçəcək. Kişilər təsnifata bu gün başlayacaq. Ruslan Lunyov, Cəfər Sultanlı və İlham Qarayev həlledici mərhələyə çıxmağa çalışacaq.

Qeyd edək ki, Dünya kuboku mayın 12-də başa çatacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla