AZ

Neft-qaz gəlirlərimiz KƏSKİN AZALIB: Səbəblər və PROQNOZLAR

Azərbaycan Dövlət Neft Fondu bu ilin yanvar-aprel aylarında “Azəri-Çıraq-Günəşli” yatağından əldə edilən mənfəət neftindən 1 milyard 798,6 milyon ABŞ dolları gəlir əldə edib. Bu, ötən ilin eyni dövründəki göstəricidən 27,1 faiz azdır. 2023-cü ilin yanvar-aprel aylarında Fonda “Azəri-Çıraq-Günəşli”dən 2 milyard 468 milyon dollar daxil olmuşdu. Dörd ayda Neft Fonduna “Şahdəniz” yatağından (qaz və kondensat) 202,715 milyon ABŞ dollar daxil olub ki, bu da illik ifadədə 78,4 faiz azalma deməkdir. Ötən il “Şahdəniz”dən Fond 935,754 milyon dollar gəlir əldə etmişdi. Yanvar-apreldə “Şahdəniz”dən əldə olunan gəlirin 60,784 milyon dolları qaz kondensatının satışından əldə olunub. Ötən il bu mənbədən 197,763 milyon dollar daxil olmuşdu.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a açıqlamasında deyib ki, “Azəri-Çıraq-Günəşli”dən gəlirlərin azalmasına əsas səbəb hasilatın özünün azalmasıdır.

Dövlət Statistika Komitəsinin və Energetika Nazirliyinin açıqladığı rəqəmlərə istinad edən iqtisadçı-ekspert hasilatın azalmasının 2024-ci ildə də davam etdiyini dilə gətirib: “Müsbət hal ondan ibarətdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hasilat tempinin azalmasını bir qədər saxlaya bilmişik. Digər tərəfdən artıq aprel ayının 16-dan “Azəri-Çıraq-Günəşli”də “Azəri-Mərkəzi-Şərqi” adlı yeni platforma hasilata başlayıb. Təbii ki, ilin sonunadək cari il üçün cəmi 24 min barel səviyyəsində neftin çıxarılması gözlənilir. Bu, həmin aşağı düşmə tempinin daha da yavaşladılmasına imkan verəcək. Ötən illə müqayisədə neftin qiymətləri də azalıb. Düzdür, aprel ayında qiymətlər qısa müddətə olsa da 85-90 dolları keçə bildi, lakin ümumən qiymətlər ötən ildəkini üstələmir. Təbii ki, həm hasilatın azalması, həm qiymətin aşağıya doğru meyl etməsi faktı gəlirlərə təsir edir”.

İ.Şaban deyib ki, “Şahdəniz” yatağında hasilatın və qaz ixracının artdığı müşahidə olunur: “Buna rəğmən, dövlətə çatan mənfəət kifayət qədər azalıb. Burada birinci faktor Türkiyə və Avropada satış qiymətlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyə qədər azalmasıdır. Bu, çox böyük təsiredici amil hesab olunur. Çünki, ötən ilin birinci rübündə Avropa bazarında qazın orta satış qiyməti 560 dollar idi. Amma bu birinci rübün yekunu olaraq, qazın orta satış qiyməti 308 dollar hesab olunur. Yəni, iki dəfəyədək azalma var. Biz 2013-2020-ci illər ərzində “Şahdəniz-2” layihəsinə böyük məbləğdə sərmayə yatırımı etmişdik. Lakin “Şahdəniz” layihəsi və Gürcüstan-Türkiyə sərhədinədək borunun genişləndirilməsi 28 milyard dolların geri qaytarılmasının qarşısını alıb. Bununla bağlı bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ekspert qrupu ilə görüşdə də bildirdi. Qeyd etdi ki, biz vəsaiti geri qaytara bilməmişik. Baxmayaq ki, 2021-ci və 2022-ci ildəki qazın yüksək qiymətləri bizə çox yaxşı təsir etdi. Əgər 2018-ci ildən “Şahdəniz-2” layihəsi üzrə ixrac başladığını nəzərə alsaq, ən azı 10 il müddətində, yəni 2028-ci ilə qədər həmin vəsaiti geri qaytara biləcəyik. Qazın qiymətləri ilə bağlı yaxın 3 il üçün beynəlxalq təşkilatların enerji mərkəzləri açıqladığı proqnoza görə, bu, 300 dollar və ondan da aşağı qiymət həddində olacaq. Təbii ki, bu vəsaitlə, bu qiymət həddi ilə geri qayıtma əmsalının dövlətə çatan hissəsi az olur”.

İqtisadçı-ekspert söyləyib ki, dövlət minimal mənfəətin bölüşdürülməsində hələ də minimal həddədir: “Dövlət bu məsələdə indiyə qədər orta həddə belə çatmayıb ki, hiss olunacaq dərəcədə gəlirlər özünü göstərsin. Təbii ki, zamanla az gəlirlərimiz artacaq, yalnız bunun üçün, gözləmək lazımdır. Mən bir qədər əvvəl “Azəri-Çıraq-Günəşli” üzərində misal çəkim. 1997-ci ilin noyabrında buradan hasilat başladı. Amma Azərbaycan ilk mənfəətini 1999-ci ilin dekabrında aldı. Lakin kapitalın tam geri qaytarılması 2008-ci ilin 2-ci rübündə baş verdi. Neftin qiyməti yüksək olduğu üçün bu, belə oldu. Hasilat başlandıqdan sonra 10 ildən çox vaxt keçib. Burada da belədir. Çünki “Şahdəniz 2” layihəsi 25 il müddətinə hesablanıb. Onun ilk onilliyində vəsaitin geri qaytarılması, növbəti dövrdə isə artıq 75 faiz mənfəətin dövlətə çatması proqnozlaşdırılıb”.

Lamiyə MİRZƏYEVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17823
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12736
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10112
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4373
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3978
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3298
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3127
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2676
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2322
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2129
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1611
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1114
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1024
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
994
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
993
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Mayın ilk gününün havası açıqlanıb
898
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
797