AZ

“Tarixdə bu gün” - 9 may...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

8 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

9 May faşizm üzərində qələbə günüdür:

 

Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib.

 

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib.

 

9 may 1907-ci ildə Azərbaycanda mikrobiologiya məktəbinin təşkilatçılarından biri, görkəmli alim, akademik Məmmədtağı Qəniyev anadan olub:

 

Akademik M.Q.Qəniyevin 200-dən artıq elmi əsəri dərc edilmişdir. Onların arasında monoqrafiya və dərsliklər də kifayət qədərdir.

Onun mikrobiologiya sahəsində ilk işi “Mikrobiologiyanın əsasları” adlı dərs­likdən ibarət olmuşdur (1933). Bu, Azərbaycan dilində hazırlanan ilk dərslikdir. Rəhbərliyi ilə 36 fəlsəfə və elmlər doktoru hazırlanmışdır.

Elmi, pedaqoji və ictimai fəaliyyətinə görə akademik M.Q.Qəniyev “Şərəf ni­şanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri, bir sıra medallar və Fəxri Fərmanlarla təltif olunmuş, Əməkdar elm xadimi adı almışdır.

Akademik Məmmədtağı Qəniyev 24 may 1979-cu ilin Bakıda vəfat edib.

 

1950-ci ilin 9 mayında Fransanın xarici işlər naziri Robert Şuman (Robert Schuman) Fransa və Qərbi Almaniyada kömür və polad sənayesini bir dam altında birləşdirməyi təklif etdi. Bu təklif Avropa İttifaqının yaranmasının səbəbi oldu.

 

9 may 2009-cü ildə Bakıda Talassemiya Mərkəzi açılıb:

 

Bu Mərkəz Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində yaradılıb. Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi, həm də mənəvi cəhətdən dəstək baxımından önəmli səhiyyə ocağıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18258
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12897
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10223
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4544
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4206
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3388
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3185
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2727
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2394
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2147
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1647
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1130
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1036
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1012
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1001
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
996
Mayın ilk gününün havası açıqlanıb
910
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
809
Arda dubl etdi - VİDEO
801