AZ

Azərbaycan “yüksək insan inkişafı” dövlətinə çevrilib

Müstəqillik illərində respublikamızın beynəlxalq aləmə inteqrasiyası, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi ölkəmizin dünyada nüfuzunu artırıb, iqtisadi potensialını gücləndirib. Bütün bunlar isə əhalinin rifahının daha da yüksəlməsini şərtləndirib. Nəticədə Azərbaycan yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürən 128 ölkə arasında bu təşəbbüsü gerçəkləşdirən 18 ölkədən biri olub, “orta insan inkişafı” statusuna malik dövlətlər qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasında yer alıb. 

Respublikamız bütün bu uğurlara əsaslanaraq və BMT-nin Minilliyin Bəyannaməsinin davamı olaraq “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Ötən illər ərzində DİM-in icrası ölkəmizdə uğurla davam etdirilib, bu istiqamətdə dünyada 10 ölkədən biri, regionda isə ilk ölkə olan Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 hesabat təqdim edilib, növbəti hesabatın isə bu il təqdim olunması nəzərdə tutulub.

Hazırda Minilliyin İnkişaf Məqsədlərinin uğurlu icrası nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib,  İnsan İnkişafı İndeksində isə göstəriciləri 30 faiz artıb.

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqunda bu barədə ətraflı danışılıb. İndiki toplantının əsas məqsədinin maraqlı tərəflər, o cümlədən hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları üçün bilikləri stimullaşdırmaq, beynəlxalq qabaqcıl təcrübələri təqdim etmək olduğu bildirilib. Həmçinin gerçəkləşdirilən dialoqun Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə əsaslanılaraq, Azərbaycanın 2030-cu il Strategiyası çərçivəsindəki milli prioritetlərin icrasında Azərbaycan Hökumətinə və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasına praktiki dəstək vermək və innovativ həllərə şərait yaratmaq üçün platforma funksiyasını yerinə yetirmək məqsədi daşıdığı diqqətə çatdırılıb.  

Tədbirdə 2022-ci ilin noyabr ayından indiyədək 3 DİM dialoqunun keçirildiyi vurğulanıb. Eyni zamanda Azərbaycanın dünyada baş verən gərgin siyasi proseslərə baxmayaraq sosial-iqtisadi inkişafını davam etdirə bildiyi və bu istiqamətdə bir sıra uğurlu layihələri həyata keçirdiyi, hazırda isə  dövlətimiz tərəfindən reallaşdırılan sosial-iqtisadi, humanitar, ekologiya, yaşıl enerji ilə bağlı layihələrin BMT-nin DİM proqramına uyğunlaşdırıldığı xatırladılıb.   

Yeri gəlmişkən, DİM-in toplantısında Azərbaycanın 30 il ərzində erməni işğalında qalan ərazilərinin azad edildiyi və 1 milyona yaxın qaçqının qayıtması üçün böyük quruculuq işlərinin həyata keçirildiyi və bu istiqamətdə reallaşdırılan bərpa-quruculuq layihələrinin DİM-ə uyğun şəkildə aparıldığı bildirilib. Bu fikrin təsdiqi olaraq vurğulanıb ki, qlobal proseslər nəzərə alınaraq azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “ağıllı kənd” salınıb, bu regionun enerji təminatı əsasən, “yaşıl enerji” istehsalı hesabına ödənilib.  

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən irəli sürülərək həyata keçirilən 40 təşəbbüs DİM layihəsinə uyğunlaşdırılıb və beynəlxalq əhəmiyyət daşıması baxımından yüksək dəyərləndirilib. Bundan başqa  2022–2026-cı illər üzrə “Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda 4 əsas sahəyə (“yaşıl enerji”, qida, infrastruktur və ekologiya) investisiya qoyulması nəzərdə tutulub. 

Hazırda ölkəmizdə icrası diqqətdə saxlanılan layihələrdən biri “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi ilə bağlıdır. Azərbaycanın regionda ilk dəfə BMT-nin forumuna təqdim etdiyi 3 könüllü milli hesabatda “yaşıl artım”a nail olunması ilə bağlı öhdəlik götürməsi də bu məqsədin prioritetliyindən irəli gəlir. 

Azərbaycanın “yaşıl iqtisadiyyat”a önəm verməsi, eyni zamanda respublikamızın bununla əlaqədar Paris sazişinə qoşulması ilə bağlıdır. Yeri gəlmişkən, həmin sənədə əsasən, baza ili 1990-cı il olmaqla 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması əsas məqsəd kimi qarşıya qoyulub və artıq bu öhdəlik 40 faizə çatdırılıb. 

Qeyd edək ki, 2050-ci ilə qədər xalis “sıfır emissiya”ya çatmaq üçün 2030-cu ilə qədər bərpaolunan enerji, texnologiya və infrastruktura ildə 4–6 milyon ABŞ dolları vəsaitin cəlb edilməsi nəzərdə tutulub.

Dayanıqlı İnkişaf Məqsədləri sırasında təhlükəli tullantıların saxlanılması və utilizasiyası, o cümlədən neft qalıqlarının təmizlənməsi də xüsusi yer tutur. Təhlükəli tullantıların idarə edilməsi, təmizlənməsi və saxlanılması xidmətlərini reallaşdıran müəssisələrin tikintisi və istismarı, o cümlədən neft qalıqlarının təmizlənməsi, burada yığılmış neft məhsulunun qalıqlarının müvafiq neft qalıqları təchizatçısına qaytarılması, yaxud bərk tullantı yanacağa çevrilməsi imkanları var.

İqtisadiyyat Nazirliyi tərəfindən artıq bu istiqamətdə fəaliyyətə başlanılıb. Bununla bağlı BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi inteqrə edilmiş maliyyə çərçivəsində müştərək proqramın icrasına üstünlük verib. Bu proqram çərçivəsində investisiyaların ekosistemə müsbət təsirinin tədqiqi məqsədilə hesabatlar hazırlanıb.

Azərbaycan Hökumətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr “Yaşıl enerji” və “Yaşıl iqtisadiyyata keçid” prinsiplərinə uyğundur. Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra düşməndən təmizlənən ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı istiqamətində tədbirlər görülür. Həmin ərazilərə investisiyaların cəlb olunması çox vacib məsələlərdən biridir. Bu məsələnin də yer aldığı İnvestor Xəritəsinin və yaxud investisiya platformasının formalaşdırılmasının isə Azərbaycanda iqtisadi inkişafa öz mühüm töhfəsini verəcəyi gözlənilir.

Hesabatda infrastruktur sahələri üzrə investisiya imkanları üzrə təklif edilən digər sahə əsas ticarət marşrutları boyu ticarətlogistika mərkəzlərinin yaradılmasıdır. Məhsulların düzgün saxlanılmasını və bazarlara vaxtında, təhlükəsiz səkildə çatdırılmasını gerçəkləşdirmək üçün bir məntəqədə saxlamaq, nəqliyyat və tranzit-gömrük xidmətlərini təklif edən əsas quru və dəmir yolu ticarət marşrutları ilə bağlı logistika mərkəzlərinə investisiya qoyuluşunu həyata keçirmək mümkündür.

Qeyd edək ki, yuxarıda adıçəkilən Dövlət Proqramında vurğulanan  qadın sahibkarların inkişafı üçün 800 layihəynin icrasına   50 milyon manatdan çox kredit verilib. 

4-cü DİM dialoqunda qadın sahibkarların inkişafı ilə bağlı digər faktlar da diqqətə çatdırılıb. Bildirilib ki, 2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunub. Hazırda ümumi sahibkarlar arasında qadınların payı 22,7 faizə yüksəlib.  2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63,3 faizini təşkil edirdisə, 2021-ci ildə 64,8 faiz və 2022-ci ildə isə 67,1 faizini təşkil edib. 

Bu gün Azərbaycan hökuməti prioritet hesab etdiyi 17 məqsəd, 88 hədəf və 119 göstərici üzrə dövlət proqramları, fəaliyyət planları, həmçinin strateji sənədlərin DİM-in məqsəd və hədəfləri ilə uzlaşdırması istiqamətində ardıcıl iş aparır.

Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.

Vaqif BAYRAMOV 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17702
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12654
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10066
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4304
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3905
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3254
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3080
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2651
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2277
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2120
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1601
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1109
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1023
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
986
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
981
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
978
Mayın ilk gününün havası açıqlanıb
892
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
788