AZ

ÜST: 2050-ci ilə qədər demensiyadan əziyyət çəkənlərin sayı bütün dünyada 139 milyon nəfərə çatacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insan ömrünün uzadılması demensiyadan (üzvi beyin zədələnməsi) əziyyət çəkən insanların sayının artmasına səbəb olur.

Aztibb.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

ÜST-ün məlumatına görə, dünyada qazanılmış demensiyadan əziyyət çəkənlərin sayı 55 milyon nəfəri ötür və 2050-ci ilə qədər bu rəqəmin 139 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Həmçinin, 2050-ci ilə qədər 65 və yuxarı yaşda olan insanların ümumi sayı iki dəfə artaraq 2,1 milyarda çatacaq.

Tibb, elm və texnologiyanın inkişafı ilə gözlənilən ömür uzunluğu artır, lakin eyni zamanda yaşlı və qoca əhalinin də xüsusi çəkisi artır. Qeyd olunur ki, bununla bağlı demens diaqnozu ilə yaşayanların sayında artım gözlənilir.

Neyrodegenerativ xəstəliklər əsasən yaşla baş verir və sinir hüceyrələrini tədricən məhv edən və beyni zədələyən, geri dönməz idrak qabiliyyətinin azalmasına səbəb olan müxtəlif xəstəliklər nəticəsində yarana bilər. Bu, bütün dünyada yaşlı insanlar arasında əlilliyin və asılılığın əsas səbəblərindən biridir.

Hər il dünyada təxminən 10 milyon yeni demans hadisəsi baş verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla