AZ

Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər - YENİLƏNİB + VİDEO

Rusiya hərbçiləri Ermənistandakı bəzi məntəqələri tərk edəcəklər - YENİLƏNİB + VİDEO

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı "Zvartnots" hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

"Report"un məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar bitib:

"Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin "Zvartnots" hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər", - məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 20-də Ermənistan lideri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini bildirmişdi. Eyni zamanda, bu bəyanatdan bir ay öncə hökumət başçısı Rusiya sərhədçilərinin bu ilin avqustunda sözügedən hava limanından çıxacaqlarını açıqlamışdı.

08.05.2024, 23:56

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar baş tutub.
Görüşdə ikitərəfli və regional münasibətlərin mühüm məsələləri müzakirə edilib.

Həmçinin, regionda təhlükəsizlik mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu, liderlərin cari ildəki ilk görüşü olub. Sonuncu dəfə Putin və Paşinyan 2023-cü ilin dekabrında görüşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
43
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23376
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16277
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14564
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
12763
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11452
Helikopterin qalıqları tapılıb
9928
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7256
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5453
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5333
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5330
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4178
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4118
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3652
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2913
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2173
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1832
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1732
Azərbaycan nefti ucuzlaşdı
1713