AZ

Yerli brend kişilərdən ibarət Azərbaycan yığma komandasının sponsoru oldu - ANLAŞMA

"Carlsberg - Azerbaijan" şirkətinin məhsulu olan "Xırdalan 0.0" pivəsi kişilərdən ibarət olan Azərbaycan yığma komandasının sponsoru oldu.

Marja.az xəbər verir ki, bu gün Bakıda "Carlsberg - Azerbaijan" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında Anlaşma imzalanıb.

""Xırdalan 0.0" yerli brenddir. AFFA olaraq, bu, bizim üçün vacib məqamdır. Sevinirik ki, yerli brend ilə iş birliyi qurduq", - tədbirdə bildirilib.

Çıxışlardan sonra Anlaşma imzalanıb.

Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Şirkət ölkədə ən böyük pivə istehsalçısıdır. "Xırdalan 0.0" pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Məhsul 100% Azərbaycan istehsalıdır və ölkəmizdə istehsal olunan ilk tam alkoqolsuz pivədir.

CarlsbergAzerbaijanXırdalanpivəsıfıraffasponsorkomandafutbolXırdalan 0.0

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla