AZ

"HƏMAS" rəsmisi İsraillə savaşda dəstəyə görə Rusiya və Çinə təşəkkür etdi...

"HƏMAS" təşkilatının Siyasi Bürosunun nümayəndəsi Usamə Həmdan Rusiya Federasiyası və Çinə beynəlxalq arenada “müqavimət”i dəstəkləməkdə oynadıqları rola görə minnətdarlığını bildirib.
 
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “Memri” xəbər portalı məlumat yayıb.
 
U.Həmdan  həmçinin "İsraildə kütləvi qırğın"ın növbəti mərhələsinin Yəhudeya və Samariya bölgələrində "üsyan" olacağını və bunun İsrailin tamamilə məhvinə gətirəcəyini bildirib.
 
Məlum olub ki, Knesset üzvü, "Yeş Atid" partiyasının nümayəndəsi Ram Ben-Barak "HƏMAS" yaraqlılarının cənubda törətdiyi qanlı hücumla bağlı fikirlərini bölüşüb. O, həmçinin vurğulayıb ki, ilk növbədə oğurlanmış israilliləri geri qaytarmaqla cənub bölgəsində düzgün prioritetləri müəyyən etmək lazımdır.
 
O əlavə edib ki, Misirin təklifi həyata keçiriləcəyi təqdirdə hərbi əməliyyatların dayandırılmasına və bütün oğurlanmış şəxslərin geri qaytarılmasına səbəb ola biləcək bir prosesi ehtiva edir.
 
S.Laçın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla