AZ

Rusiya XİN Britaniyanın anti-Rusiya addımlarına sərt cavab veriləcəyini vəd edib

Rusiyanın Britaniya hökumətinin düşmən addımlarına reaksiyası sərt olacaq.

APA xəbər verir ki, bunu mayın 8-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, "rusofobiyada boğulan" Britaniya hakimiyyətinin hərəkətləri krallığın Rusiya istiqamətindəki qərəzliliyini və düşmənçiliyini tam təsdiqləyir.

“Londona dəfələrlə xəbərdarlıq edilib ki, istənilən qeyri-dost hərəkətlər qaçılmaz olaraq proporsional cavab alacaq. Bizim reaksiyamız sərt olacaq”, - diplomat vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
Mənbələr
Şərh ()
Bağla