AZ

Şəhid Müşfiq Cəfərov Lerikdə dəfn olunub – FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Cəfərov Müşfiq İlyas oğlunun meyitinin qalıqları Lerikə gətirilib. O, Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.

Doğru.az xəbər verir ki, şəhidin nəşi rayonun Monidigah kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Cəfərov Müşfiq İlyas oğlu 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

DOĞRU.AZ

image-fb_img_1715201812495 image-fb_img_1715201816845 image-fb_img_1715201818986 image-fb_img_1715201824260

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
9
Mənbələr
Şərh ()
Bağla