- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Rusiyanın Ukraynadakı münaqişədə qələbəsi Amerika tərəfi üçün ağlasığmaz dərəcədə yüksək xərclərə səbəb olacaq.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.
Mayın 8-də Pentaqonun rəhbəri ölkə Konqresinin yuxarı palatasının Təxsisatlar Komitəsində dinləmələrdə iştirak edib. O, istisna etməyib ki, Ukraynada qələbə olarsa, Rusiya hakimiyyəti bununla kifayətlənməyə bilər.
O əlavə edib ki, Vaşinqtonun Kiyevi dəstəkləmək üçün hazırkı xərcləri ondan mümkün “imtina” dəyəri ilə müqayisədə xeyli aşağı olaraq qalır. Ostinin sözlərinə görə, Ukraynaya hərbi yardım məsələsi təkcə bu dövlətin deyil, həm də ABŞ-ın özünün təhlükəsizliyinə aiddir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.