AZ

"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"

"Əgər biz Rusiyanın münasibətini düşünsək, o zaman gərək bu ölkəyə ümumiyyətlə heç nə göndərməyək..."
 
"Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələri gücləndirməklə ukraynallları qaçmağa təhrik edir və onlar Qərbə axışacaq..."
 
Litva təlim missiyası ilə Ukraynaya əsgər göndərməyə hazırdır. Vilnüs anlayır ki, Moskva bu addımı təxribat kimi qiymətləndirəcək, lakin onun nüvə silahı tətbiq edəcəyinə inanmır.
 
Moderator.az xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqrida Şimonite bəyan edib. Məlumatı "Financial Times" nəşri yayıb.
 
1990-cı ildə Moskvadan müstəqilliyini elan edən Litva Ukraynaya hərbi dəstəyini gücləndirmək istəyir.
 
Fransa prezidenti Emmanuel Makron da avropalı hərbi qulluqçuların Ukraynaya göndərilməsini təklif edir, lakin digər ölkələr buna çox ehtiyatla yanaşır, anlayır ki, bu, Moskva ilə birbaşa toqquşmaya təhrik edə bilər.
 
İnqrida Şimonite nəşrə deyib ki, parlamentdən qoşunların Ukraynaya təlim missiyası ilə göndərilməsinə razılıq alıb, hərçənd, Kiyev bu barədə hələlik xahiş etməyib.
 
Şimonite etiraf edib ki, Rusiya bunu təxribat hesab edir, lakin qeyd edib: "Əgər biz Rusiyanın münasibətini düşünsək, o zaman gərək bu ölkəyə ümumiyyətlə heç nə göndərməyək. Biz ayda iki dəfə kimə necə nüvə zərbəsi endirmək barədə eşidirik".
 
Bu həftə Rusiya Makronun bəyanatlarına cavab olaraq taktiki nüvə silahı tətbiq etməklə hərbi təlimlər keçirib. Şimonite bu silahın tətbiq ediləcəyinə şübhə edir, çünki radioaktiv çöküntülər həm də Rusiya ərazisinə düşəcək. 
 
"Küləklər zamanın çox hissəsini qərbdən şərqə doğru əsir", - o, soyuqqanlıqla qeyd edib. 
 
Baş nazirin sözlərinə görə, Rusiya Ukraynanın elektrik stansiyaları, məktəblər və xəstəxanalar kimi mülki infrastrukturuna zərbələri gücləndirir. 
 
"Rusiya insanların Ukraynadan yeni qaçışına təhrik etməyə cəhd göstərir, onlar elementar rahatlıq və əsas xidmətlərin olmaması səbəbindən Qərbə axışacaq".
 
Kiyevin canlı qüvvənin kəskin çatışmazlığı problemi var və orduya daha çox əsgər göndərməyə cəhd edir, bununla əlaqədar olaraq Şimonite Litvanın çağırış yaşında olan kişilərin Ukraynaya dönməsində kömək edəcəyi barədə məlumatların əhəmiyyətini azaltmağa çalışıb.
 
"Biz deportasiya təşkil etməyəcəyik, ukraynalıları ölkəmizdə axtarmayacağıq, çünki bu, qanunsuzdur", - o, deyib və əlavə edib ki, Avropa İttifaqı onlara 2025-ci ilin martınadək müdafiə olunmaq zəmanəti verib.
 
Bununla yanaşı Litvanın baş naziri bəyan edib ki, hərbi xidmətdən yayınanlar üçün daimi yaşayışdan imtina edilə bilər.
 
Onun sözlərinə görə, o, "Ukraynaya öz silahlı qüvvələrinin sıralarını doldurmaq və uzun müddət döyüşən insanlara istirahət vermək üçün bu ölkəyə kömək etməyə çalışır".
 
Müəllif: Laura Dübua

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13305
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10486
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8941
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2818
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1806
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1530
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1461
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
939
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
675
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
660
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
611
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
558
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
527
Azərbaycan nefti ucuzlaşdı
508