AZ

“Qarabağ” niyə “Neftçi”ni hər oyunda “kötəkləyir”?

Növbəti Azərbaycan derbisi, növbəti darmadağın, növbəti hegemonluq - bir sözlə, “Neftçi” Ağdam təmsilçisiylə heç cür bacara bilmir.

Artıq elitanı tərk edəcəyi dəqiqləşən “Qəbələ”nin belə indiki durumunda “Qarabağ”dan xal aldığı bir vaxtda “ağ-qaralar” rəqibinə müqavimət göstərə bilmir. Mövsümün sonuna 8 tur qalmış çempionluğu elan edən “köhlən atlar” son 3 görüşdə ardıcıl xallar itirsələr də, bunun acığını “Neftçi”dən çıxdılar. Bəs səbəb nədi? “Qarabağ”ın futbolçularının bəlkə də ən motivasiyasız vaxtında bu komandaya müqavimət göstərməyə nə mane olur? Cari mövsümdə kubok və çempionat oyunları qarışıqqapısından 21 top buraxıb, əvəzində cəmi 2 top vurmaq hansı “derbi” anlayışına sığır? Azərbaycanın futbol ictimaiyyəti “Neftçi”nin hər dəfə “Qarabağ” önündə əzilməsini necə qiymətləndirir?

Anar Şabanoğlu (jurnalist):
"Qarabağ" Azərbaycandakı istənilən rəqibi böyük hesabla məğlub edəcək potensiala malikdi. Çempionluğu çoxdan qazansa da, motivasiyası azalsa da, fərq etmir. Düzgün idarəçilik, işə vicdanlı münasibət yekunda bu komandanın rəqibləri ilə arasında uçurum yaradıb. Düşünürəm ki, "Qarabağ"ın ikinci heyəti belə ölkəmizdəki istənilən klubu darmadağın edə bilər”.


Aslan Kərimov (mütəxəssis):
“Hesab edirəm ki, “Qarabağ”ın son üç oyundakı problemi motivasiya məsələsi deyildi. Oyunçuları motivasiyasız görmürdüm. Sadəcə, səhvlərə yol verirdilər. “Neftçi”ilə “Qarabağ”ı müqayisə etmək düzgün olmazdı. Son 10 ildə “Qarabağ”ın təcrübəsi, oyunçuların keyfiyyəti “Neftçi”dən daha üstündü. “Ağ-qaralar”ın məğlub olması böyük sensasiya deyil. “Neftçi” qırmızı vərəqə almasaydı, toplardan birinin əvəzini çıxq bilərdi. Qırmızı vərəqədən sonra şansı yox idi. “Qarabağ”ın cinah oyunçuları mərkəz müdafiəsi ilə cinah müdafiəsi arasındakı zonalarda “Neftçi”yə həddən artıq başağrı yaradırdılar. Demək olar ki, qolların hamısı o istiqamətdə keçiddən sonra oldu. Bu zonaları həm müdafiəçilər, həm də lazım olanda hücumçular doldurur. “Qarabağ” bunu çox yaxşı edə bilir. Bunun da qarşısını almaqda “ağ-qaralar”ın müdafiə xətti aciz idi”.


Emil Şükürov (skaut):
“Əslində oyunların xronologiyasına baxsaq, səhv etmirəmsə, mövsümün birinci yarısında komandalar arasında iki dəfə 2:0 hesabı qeydə alınmışdı. “Qarabağ” həmin vaxt formasının zirvəsində deyildi. İndi isə mövsümün sonudu və sona yaxınlaşdıqca da Ağdam təmsilçisinin enən qrafiki var. Bununla yanaşı, “Neftçi”nin də vacib matçlarda darmadağın olması klub adına yaxşı hal deyil. Qışdakı məşqçi dəyişikliyi, heyətin qeyri-sabitliyi, məşqçinin futbolçularla anlaşması - belə məqamlar komandaya təsirsiz ötüşmür. Həm də “Qarabağ”ın çempionluğu təmin edəndən sonra daha rahat oynamasını da göstərmək olar. “Ağ-qaralar” da isə bu əksinədi. Çünki “Sabah”, “Zirə”, “Sumqayıt” kimi komandalarla 2-3-cü yerlər uğrunda mübarizə aparır. Düşünürəm ki, burda təkcə “Qarabağ”dan xal almaqdan söhbət getmir. Hazırda iddialı 4 komanda arasında xal itirməməkdən ötrü real yarış gedir. İnanıram ki, “Neftçi” son turlarda toparlanacaq, qarşıya qoyulan məqsədə çatacaq”.


KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13995
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11172
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2998
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2162
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2119
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
764
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
712
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
670
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
618
Arda Gülər dayanmır, yenə fərqləndi -
590