AZ

Xokkey üzrə dünya çempionatında iki ölkənin bayraqları qadağan edildi

Beynəlxalq Xokkey Federasiyası mayın 10-dan 26-dək Çexiyada keçiriləcək dünya çempionatının oyunlarına Rusiya və Belarus bayraqlarının dalğalanmasını qadağan edib.

Qaziler.az bildirir ki, “RİA Novosti” bu barədə federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir.

“Turnir zamanı oyunlara yalnız çempionatda iştirak edən ölkələrin dövlət bayraqlarının dalğalanmasına icazə veriləcək”, - deyə federasiyanın mətbuat xidmətindən bildirilib.

Buzda xokkey üzrə hazırkı dünya çempionu Finlandiyadır.

2022-ci ilin yazında Beynəlxalq Xokkey Kederasiyası rusiyalı oyunçuların hətta neytral statusda belə beynəlxalq turnirlərdə iştirakını qadağan etmək qərarına gəlib. Təşkilat həmçinin Rusiyadan 2023-cü ildə gənclər arasında dünya çempionatına ev sahibliyi etmək hüququnu əlindən alıb.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
qaziler.az

1Mənbələr