AZ

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Slovakiyanın Baş naziri Robert Fitsonun mayın 7-də Azərbaycana səfəri və Bakıda əldə edilən razılaşmalar iki ölkə arasında əməkdaşlığın artacağna işarədir. Prezident İlham Əliyevin Robert Fitsonun Bakıya gəlişini və əldə edilən razılaşmaları Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar gün kimi qeyd etməsi bundan xəbər verir.

Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd edilib ki, iki ölkənin liderinin strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi ciddi siyasi sənəddir. Bu sənəddə əməkdaşlığın gələcək inkişaf konturları açıq göstərilib:

“Birincisi, imzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sazişlər var. İki ölkənin müdafiə sahəsində birgə istehsal sahələrinin yaradılması Azərbaycan üçün vacibdir. Azərbaycan müdafiə sahəsində əsasən Türkiyə və İsraillə əməkdaşlıq edir və bu iki ölkədən modern hərbi texnika alır. Bu sıraya Slovakiya da qoşulacaq. Bu həm də ona görə vacibdir ki, Slovakiyadan sonra digər Avropa dövlətlərinin də müdafiə sahəsində Azərbaycanla əməkdaşlığa marağı artacaq.

İkincisi, Slovakiya və Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirəcəklər. Azərbaycan Slovakiyaya qaz nəqlini planlaşdırır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Azərbaycan qazına ehtiyacı olan Avropa dövlətlərinin sayı artır. Azərbaycan Avropaya qaz nəqlini indiki 12 milyard kibmetrdən 2027-ci ilə qədər 20 milyard kibmetrə çatdırmağı planlaşdırır. Azərbaycan qaz hasilatını artırdıqca Avropaya nəql də artacaq. Bundan başqa Azərbaycan yaxın illərdə Avropaya yaşıl enerji də nəql etməyə başlayacaq ki, bu, Bakı ilə Brüssel arasında əməkdaşlığı üst səviyyəyə qaldıracaq. Slovakiyanın baş naziri Azərbaycan prezidentinə qazın Rusiya və Ukrayna üzərindən Slovakiyaya nəqlini də təklif edib. Ancaq Rusiya-Ukrayna müharibəsi fonunda bu təklifi reallaşdırmaq çətindir. Azərbaycan üçün hazırki nəql yolları və interkonnektorlar kifayətdir.

Üçüncüsü, Slovakiya şirkəti Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək. Bu amil də Azərbaycan üçün vacibdir. Özbəkistan Fizulidə məktəb, Qazaxıstan mədəniyyət evi inşa etdi. Qırğızıstan Ağdamın Xıdırlı kəndində məktəb tikəcək. Türkiyə ilə yanaşı Böyük Britaniya və Macarıstan şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Bu sıraya Slovakiyanın qoşulması digər Avropa dövlətlərinin şirkətlərini də Qarabağa cəlb edəcək”.

Analizdə vurğulanıb ki, Avropada Robert Fitsonu Macarıstanın baş naziri Viktor Orbana bənzədirlər:

“Hər ikisi Ukraynaya hərbi yardımın əleyhinədir və hər ikisi Avropa Birliyinin diktəsini qəbul etmir, o cümlədən müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verir. Digər tərəfdən Viktor Orbandan sonra Robert Fitso da Azərbaycanla tərəfdaşlığı gücləndirməyə qərar verib. Robert Fitso Bakı ilə Brüssel arasında siyasi mövzularda fikir ayrılığından xəbərdardır. Buna görə də Slovakiyanın baş naziri Bakıda birgə mətbuat konfransında çıxış edərkən ölkəsinin Azərbaycanla AB arasında körpü rolunu oynaya biləcəyini söylədi. Azərbaycanın Ermənistanla dialoq məsələsində vasitəçiyə ehtiyacı olmadığı kimi, AB ilə dialoqunda da vasitəçiyə ehtiyacı yoxdur, birbaşa danışıqlar formatı mövcuddur. Buna baxmayaraq, AB üzvü olan Slovakiya və bu ölkənin rəsmilərinin AB çərçivəsində Azərbaycanın mövqelərini müdafiə etməsi ölkəmiz üçün faydalı olacaq. Slovakiya Azərbaycanla tərəfdaşlığını gücləndirmək istəyərkən, iki ölkə arasında ticarət dövriyyəsinin cəmi 70 milyon avro təşkil etməsi kiçik rəqəmdir. Bu mənada ticarəti artırmağa və ortaq iqtisadi layihələrin reallaşdırılmasına ehtiyac var”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12078
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8613
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8577
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2370
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2088
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1777
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1536
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1177
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
953
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
733
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
471
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
378
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
374
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
371
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368