AZ

AZƏRBAYCAN SLOVAKİYA MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ GÜCLÜ DİNAMİZMDƏN XƏBƏR VERİR 

Müstəqil dövlət olaraq Azərbaycan Respublikası ötən illərdə bütün sahələrdə olduğu kimi, xarici siyasət sahəsində də böyük uğurlar əldə edib. Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bu gün dünyada söz sahiblərindən biridir. Bu uğurlar əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən uzaqgörən xarici siyasət strategiyası sayəsində qazanılıb. İndi Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. əlbəttə ki bu karbohidrogen ehtiyaları ilə zəngin olan ölkəmizin faəl və ardıcıl siyasət nəticəsində qazandığı uğurdur. Çünki ehtiyatların zənginliyi heç də üstünlük yaradan amil deyil. Bunun üçün hamını qane edən və iqtisadi inkişafa, tərəqqiyə hədəflənmiş fəaliyyət əsas şərtlərdən biridir. Məhz ölkə başçısının həyata keçirdiyi siyasətin bu yönümü Azərbaycanın Avropada və dünya birliyində imicinə çox ciddi təsir göstərmişdir.

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso və ilə əkəbətək və geniş tərkibli görüşlər keçirmiündə müzakirə edilən məsələlər bunu deməyə əsas verir. Görüşdən sonra ccənab Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatla çıxış etmişlər.
Ölkəmizin başçısı səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını ölkəmizin tarixində tarixi bir gün kimi xarakterizə edərək bildirmişdir ki, “Bu, çox ciddi siyasi sənəddir və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir”.
Ölkəmizin başçısı cənab İlham Əliyev bəyanatında qeyd edib ki, “İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparılmışdır və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verilmişdir.”
Ölkəmizin başçısı iqtisadi maraqların siyasi maraqların təminində roluna toxunaraq ictimaiyyətə belə bir mesaj ötürdü ki, Azərbaycan hər bir dost, tərəfdaş ölkənin iqtisadi fəaliyyətinə dəstəyini heç zaman əsirgəməyəcəkdir. Əlbəttə ki, kim bizimlə qarşılıəqlı, ədalətli və bərabərhüququlu müstəvidə fəaliyyətə önəm verirsə, eyni qarşılığı, hətta artıqlaması ilə görəcəkdir.
Azərbaycan təbii qazının Avropa məkanına etibarlı yollarla nəql eedildiyini bildirən ölkə başçısı vurğulayıb ki, Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Cənab Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına güclü təkan verəcəyini bildirmişdir. Siyasi dialoqa gəldikdə isə, cənab İlham Əliyev vurğuladı ki, bu təmaslar siyasi dialoqun çox gözəl təzahürlərinin olduğunu və çox güclü dinamizmim mövcudluğunu təsdiqləyir-deyə müsahimiz fikrini yekunlaşdırmışdır.
Eltun Süleymanov,
Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18166
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12848
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10200
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4514
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4155
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3351
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3173
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2707
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2343
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2142
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1633
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1126
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1034
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1007
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
998
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
992
Mayın ilk gününün havası açıqlanıb
906
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
806
Arda dubl etdi - VİDEO
797