AZ

Paşinyanla kilsə bir-birinin məhvinə qərar verdilər...

Image

Ermənistanda milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsinə başlanıb. Bunu baş nazir Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib: “Davam edən proseslər bizi belə bir qənaətə gətirdi ki, Ermənistanın inkişaf strategiyasına yenidən baxılmalıdır. İşçi səviyyədə bu təftiş prosesi artıq başlayıb”.

Onun fikrincə, Ermənistanın varlığının mənası tarixi ədalətə, milli gündəmlərə xidmət etmək yox, vətəndaşların azadlıqlarını, xoşbəxtliyini və rifahını təmin etmək olmalıdır. Baş nazir vurğulayıb ki, ölkənin təhlükəsizliyini xarici əlaqələrin şaxələndirilməsi, ordu islahatları, hərtərəfli müdafiə və təhlükəsizlik sisteminin tətbiqi ilə təmin etmək olar. O düşünür ki, Ermənistanın ətrafında təhlükəsizlik qarantiyaları sistemi işləmir. Onun sözlərinə görə, bu şəraitdə ölkə Türkiyə və Azərbaycanla düşmənçiliyə son qoymalıdır, çünki yalnız belə yanaşma ölkənin təhlükəsizliyini təmin edə bilər. Paşinyan vurğuıayır ki, delimitasiyadan imtinanın qaçılmaz nəticəsi müharibə olacaq və bu müharibə müəyyən mənada qeyri-qanuni olmayacaq: “Biz deyirik ki, yaxşı, əziz jurnalistlər, hörmətli din xadimləri, yepiskoplar, katolikos həzrətləri, siz deyirsiniz ki, bu gündən etibarən sərhədləri ayırmağa son qoyaq. Sonra nə olacaq? Bir şey - müharibə”. Yeri gəlmişkən qeyd edək ki, Paşinyan bu mətbuat konfransında, belə demək olarsa, kilsə ilə açıq savaşa başlayıb: “Qorxuram ki, ölkəmizdə ən yüksək səviyyəli ruhanilər uğursuzluğa düçar oldular. Düzdür, hakimiyyətin kilsə ilə heç bir münaqişəsi yoxdur. Kilsənin hakimiyyətlə ziddiyyətə getməsinə isə kilsənin özü cavab verməlidir. Əgər konkret din xadimi siyasi bəyanatla çıxış edirsə, bu o deməkdir ki, kilsə öz uğursuzluğunu və ya mənəvi liderliyi həyata keçirə bilmədiyini etiraf edir. Təəssüf ki, bir çox yüksək rütbəli din xadimləri bu vəziyyətdədir. Onların dini-mənəvi sahə ilə heç bir əlaqəsi olmadığı üçün siyasi təklif irəli sürmələrinə təəccüblənmirəm”. Paşinyan ali təhsili olmayan din xadimlərinin, hətta İncili sona qədər oxumadığını da istisna etməyib. O qeyd edib ki, bir çox kvotalar arasında din xadimlərinin öz kvotasının olduğu vaxtlar olub: “Mercedes”, “Bentley”, “Lexus” lüks avomobilləri, idxal, ixrac üçün din xadimlərinin kvotası var idi. İndi heç kimin kvotası yoxdur. Bu gün din xadimləri açıq şəkildə müharibəni təbliğ edirlər. Kimin adından? Mən xalqın iradəsi ilə buradayam və xalqın istəyi ilə olmayacağam. İndi bu gücü sizə təslim edim? Mən gücü ancaq sahibinə ötürə bilərəm. Hakimiyyət hər gün sahibinin, yəni xalqın əlindədir. Əgər xalq müharibə istədiyinə qərar versə, mən onlara hər şeyi təqdim etməyə çalışacağam”. Nikol Paşinyan bildirib ki, bütün ermənilərin katolikosu bu gün faktiki olaraq siyasi hərəkata başçılıq edir, onun son benefisiarı eks-prezident Robert Köçəryandır. Bununla da Paşinyan Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərlik etdiyi və Tavuşda delimitasiyaya  qarşı yönəlmiş “Vətən naminə Tavuş” etiraz yürüşünə eyham vurub.
 Onun fikrincə, bu hərəkatın məqsədi keçmiş iqtidarın hakimiyyətə qayıtmasıdır. Baş nazir bildirib ki, hələ 2021-ci ildə “Hayastan” blokunun lideri Robert Köçəryan kilsə vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini təqdim edib. Paşinyan hesab edir ki, əgər katolikos hansısa hərəkata xeyir-dua verirsə, deməli bu, bu hərəkatın liderliyindən başqa bir şey deyil: “Katolikosun icazəsi və hətta göstərişi olmadan keşiş siyasi mətnləri tələffüz edə bilməz”. Paşinyanın açıq ittihamlarına kilsənin cavabı gecikməyib. Kilsənin Ali Ruhani Şurası bu xüsusda bəyanat yayıb: “Siyasi hakimiyyətə heç bir iddiası olmayan kilsə Vətənin və dövlətçiliyin möhkəmləndirilməsi naminə tarixi məsuliyyəti dərk edərək səylərini davam etdirəcək”. Bəyanatda qeyd olunur ki, hərtərəfli və zəmanətli həll yolları olmadan sərhəd Tavuş bölgəsində sərhədin demarkasiyası bəhanəsi ilə həyata keçirilən son dərəcə təhlükəli hərəkətlər erməni xalqı üçün yeni təhlükələr yaradır: “Ekzistensial çətinliklərlə üzləşən Tavuş yeparxiyasının ruhaniləri insanların qayğı və ehtiyaclarına biganə qala bilməzlər. Biz xalqımızın övladlarını haqlı qorxu və narahatlıqlarını müstəsna olaraq sülh yolu ilə ifadə etməyə, qanunsuz hərəkətlərdən çəkinərək sakitliyə və təmkinli olmağa çağırırıq. Biz, həmçinin, ictimai asayişin qorunmasına cavabdeh olan xidmətlərdən öz fəaliyyətlərini müstəsna olaraq qanunvericiliyə uyğun şəkildə həyata keçirmələrini gözləyirik.
 Biz həmçinin hakimiyyəti xalqın haqlı tələblərini dinləməyə və sülhə nail olmağa yönəlmiş proseslərdə cəmiyyətimizdə qeyri-müəyyənlik hissini gücləndirməklə təhlükəsizlik təhdidlərini artırmayan yanaşmaları rəhbər tutmağa çağırırıq. Milli ləyaqətimiz, doğma dövlətimizə, müqəddəs dəyərlərimizə qeyrət və sədaqətimiz yerini ümidsizliyə, dözümsüzlüyə, düşmənçiliyə, nifrətə buraxmamalıdır.
 Siyasi hakimiyyətə heç bir iddiası olmayan kilsə Vətənin və dövlətçiliyin möhkəmləndirilməsi, xalqımızın kimlik və hüquqlarının qorunması, milli həyatda birliyin və qardaşlıq sevgisinin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi naminə tarixi məsuliyyəti dərk edərək bundan sonra da səylərini davam etdirəcək”. Ermənistanın “Joğovurd” qəzeti yazır ki, Paşinyan və kilsənin savaşı yeni deyil: “Nikol Paşinyan hakimiyyətinin ilk günlərindən kilsəyə və ruhanilərə əlcək atdı. İnqilabçıların hakimiyyəti dövründə Ermənistanda görünməmiş bir hadisə də baş verdi. “Yeni Ermənistan, Yeni Patriarx” şüarı ilə İrəvan küçələrində katolikos II Qaregin əleyhinə aksiyalar keçirərək onun istefasını tələb etdilər. Paşinyan hakimiyyətə gəldikdən bir il sonra kilsə adamlarını diz çökdürməklə hədələyib. Kilsə ilə hökumət arasında münasibətlər xüsusilə 44 günlük müharibədən sonra pisləşib. Kilsə rəsmi olaraq Nikol Paşinyanın istefası tələbinə qoşularaq, onu məsuliyyəti öz üzərinə götürməyə və baş nazirin səlahiyyətlərini təhvil verməyə çağırıb. Katolikos II Qaregin ilk dəfə açıq şəkildə etiraf etdi ki, kilsə ilə Paşinyan hökuməti arasında fikir ayrılıqları var. Kilsə-dövlət gərginliyi geridönməz həddə çatıb. Kilsə və hökumət nümayəndələri təkcə bir-birini açıq şəkildə ittiham və tənqid etmirlər, hətta hakimiyyət orqanları və kilsə dövlət tədbirlərində və dini bayramlarda iştirakdan yayınırlar”.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13003
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10147
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8881
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1792
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1418
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1374
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
919
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
556
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446