- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ekologiya ilə bağlı tələblər sərtləşdikcə kondisionerlərin əvəzlənməsi üçün də yollar axtarılır.
Avtosfer.az xəbər verir ki, Hyundai şirkəti kondisioneri əvəzləyəcək plyonka hazırladığını bildirib. Avtomobilin istənilən şüşəsinə yapışdırıla bilən bu plyonkanın kondisioneri əvəzlədiyi iddia olunur.
Kütləvi istehsalı başlamayan plyonka hazırda Pakistanın Lahor şəhərində 70 avtomobildə sınaqdan çıxarılır. Burada gündüz temperatur 50 dərəcə Selsini keçir.
Sınaqlar göstərir ki, nanoplyonkalı avtomobillərdə salon temperaturu təxminən 11 dərəcə aşağı olur. Bu da insanın nisbi sərinlik hiss etməsi üçün kifayətdir.
Yeni nanoplyonkanın tərkibi və satışa çıxacağı tarix məlum deyil.
Vüqar
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.