AZ

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır -MÜSAHİBƏ

Bolqarıstanın

Bakı, 8 may, AZƏRTAC

Son zamanlar Balkan regionu Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən birinə çevrilib və ölkəmiz bu region üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın Balkan ölkələri ilə əlaqələri, o cümlədən bu regionun bir hissəsi olan Bolqarıstanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirilir.

İki ölkə arasındakı münasibətlərin inkişafı ilə bağlı AZƏRTAC-ın suallarını Bolqarıstanın keçmiş energetika nazirinin müavini Yavor Kuyumciyev cavablandırıb. Beynəlxalq ekspertlə müsahibəni təqdim edirik.

- Cənab Kuyumciyev, Azərbaycanla Bolqarıstan arasında ticari-iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında kifayət qədər dostluq münasibətləri inkişaf edib. Lakin təbii qaz ticarətindən başqa, əməkdaşlığın genişləndirilə biləcəyi bir çox başqa sahələr də var. Sadəcə olaraq hər iki ölkənin biznes nümayəndələrinin görüşlərini təşkil etmək və maarifləndirməni xeyli artırmaq lazımdır. Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsinin şaxələndirilməsi üçün qarşılıqlı səylərin artırılması vacibdir. Azərbaycan şirkətləri Bolqarıstana kənd təsərrüfatı məhsulları, kimya məhsulları (polietilen, metanol, spirt) və digər məhsullar ixrac edə bilərlər. Bolqarıstan şirkətləri Azərbaycana un və qənnadı məmulatları, günəbaxan yağı, heyvandarlıq, əczaçılıq məhsulları, mebel, soyuducu avadanlıqlar, tibbi cihazlar, elektrik akkumulyatorları ixrac edə bilər. Bundan əlavə, Azərbaycan və Bolqarıstanın üçüncü ölkələrə məhsul ixracı məqsədilə birgə müəssisələr yaratmaq imkanı var. Enerji, təhsil, turizm, tranzit yükdaşımaları sahələrində də ikitərəfli əməkdaşlığın inkişafı üçün potensial var.

- Enerji Azərbaycan və Bolqarıstan arasında iqtisadi əlaqələrin təməl daşıdır və əməkdaşlığın daha da geniş inkişafı üçün mühüm zəmin yaradır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatının şaxələndirilməsində Azərbaycanın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Azərbaycan Avropaya təbii qaz nəqlinin təmin edilməsində çox böyük rol oynayır. Bolqarıstan əsas qaz tranzit məntəqəsi olduğundan Azərbaycan qazının Avropaya çatdırılmasını təmin etmək üçün infrastrukturumuzu sürətlə inkişaf etdiririk. “Balkan axını” ilə yanaşı, bizi əlavə olaraq Yunanıstan və Serbiya ilə birləşdirən yeni qaz kəmərlərini istifadəyə vermişik və Rumıniya ilə qaz əlaqəsi imkanlarını artırmağa çalışırıq. Bütün bunlar Azərbaycanın bizim üçün nə qədər önəmli olduğunu göstərir. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstan və Albaniya ərazisindən keçir. Qeyd edək ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan yarımadasına daxil olub. Eyni zamanda, Azərbaycanın təbii qaz ixrac bazarı regionda yerli interkonnektorlar hesabına daha da genişlənib. Hazırda Azərbaycan Bolqarıstanda əsasən bolqar istehlakçılarını qazla təmin edə bilən enerji ixrac edən ölkə kimi tanınır. Bolqarıstan 2022-ci il oktyabrın 1-dən Yunanıstanla interkonnektor vasitəsilə Azərbaycandan təbii qaz alır. Bu, ölkənin Rusiyadan tədarükdən asılılığına son qoyub.

- Azərbaycan və Bolqarıstan TRASEKA nəqliyyat dəhlizinin yaradıcı ölkələri sırasındadır. Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

- Nəqliyyat iki ölkə arasında əməkdaşlığın digər prioritet sahəsidir. Ölkələrimiz arasında bu sahədə əlaqələrin uzun tarixi var. Azərbaycan və Bolqarıstan 1998-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) qurucu ölkələri sırasında olub. TRASEKA təkcə bizim üçün deyil, bütün Avropa İttifaqı (Aİ) üçün prioritet layihədir, çünki Çin və Monqolustanı Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri ilə əlaqələndirir. Bu ümumi səylərin bir hissəsi olaraq Bolqarıstan dəmir yolu və liman infrastrukturunu genişləndirir və modernləşdirir. Artıq bir neçə ildir ki, biz Varna – Poti – Varna və Burqas – Batumi – Burqas bərə xidmətini həyata keçiririk. Bolqarıstan Azərbaycanda nəqliyyat və logistika sektorlarının, eləcə də nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır. Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına təkan vermək məqsədilə Azərbaycan öz nəqliyyat infrastrukturunun inkişafı istiqamətində sistemli və intensiv tədbirlər həyata keçirir və bu sahədə böyük uğurlar əldə edib. Ən müasir standartlara cavab verən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bununla əlaqədar “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Bolqarıstan Limanlar İnfrastruktur Şirkəti hər iki istiqamətdə yükdaşımaları artırmaq üçün əməkdaşlıq edirlər. Bundan əlavə, 2018-ci ildə daha bir mühüm layihəyə - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə start verilib. Bu, Türkiyədən Bolqarıstan və digər Avropa ölkələrinə yüklərin daşınmasını sadələşdirə bilər. Son qlobal və regional tendensiyalar nəqliyyat əlaqələrinin əhəmiyyətini daha da artırıb. Ona görə də mən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Orta Dəhlizə diqqət çəkmək istərdim. Hazırkı geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artıb və bu marşrutla yükdaşımaların həcmi artır. Bu baxımdan, Azərbaycan və Bolqarıstanın bu yüklərin bir hissəsinin ölkələrimizin əraziləri vasitəsilə daşınması istiqamətində birgə səyləri qarşılıqlı faydalıdır.

- Ölkələrimizin investisiya sektorunda əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Azərbaycan və Bolqarıstan sahibkarları tikinti, elektrotexnika, tekstil sənayesi, nəqliyyat sahələrində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər. Bərpaolunan enerji Bolqarıstanda çox sürətlə inkişaf edir, çünki bütövlükdə Aİ 2050-ci ilə qədər karbon-neytral iqtisadiyyat yaratmağı qarşısına məqsəd qoyub. Bu yolla tamamilə yeni, yaşıl texnologiyalara əsaslanan iqtisadiyyat yaranacaq. Bu, təkcə günəşdən, sudan və küləkdən elektrik enerjisi istehsalı deyil, həm də hidrogen istehsalıdır. İqtisadiyyatın hər bir yeni sahəsi gəlirli investisiyalar üçün böyük imkanlar təqdim edir. Bir sıra Bolqarıstan şirkətləri Azərbaycanda investisiya layihələri həyata keçirir. Bolqarıstan şirkətləri ilk növbədə sənaye və neft-kimya sektorlarına maraq göstərirlər. Şirkətlərimiz hidroloji texnologiyalardan istifadə etməklə sənaye və motor yağlarının emalı üçün zavod tikməyə, minaların aşkarlanması və minalardan təmizlənməsi üçün yüksək texnologiyalar tətbiq etməyə hazırdırlar.

- 2023-cü ilin aprelində Sofiyada imzalanan “Həmrəylik halqası” layihəsi Bolqarıstana hansı imkanlar verir?

- Aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında Saziş imzalanıb. O Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik halqası” adlanan təkmilləşdirilmiş qaz ötürücü sistemlər şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Layihənin ideyası hər bir operator üçün daha səmərəli və daha ucuz olacaq öz sisteminin gücünü artırmaqdır. Bu layihə təkcə Bolqarıstan üçün deyil, bütün Aİ üçün faydalıdır. Təsadüfi deyil ki, bu təşəbbüsdə Rumıniya, Macarıstan və Slovakiya da iştirak edir. Bizim hamımız üçün qaz infrastrukturunun inkişafı və genişləndirilməsi, Azərbaycan qazının birbaşa tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır. “Həmrəylik halqası” və Avropanın maliyyəsi olmasa biz, Avropanın tam mərkəzində yerləşən ölkələr Azərbaycandan böyük həcmdə qaz almaq imkanından məhrum olacağıq. “Həmrəylik halqası” sayəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə imzalanmış saziş əsasında Azərbaycandan Aİ-yə əlavə qaz həcmlərini minimal xərclə tədarükü təmin ediləcək. Əlavə olaraq, Cənub Qaz Dəhlizi irimiqyaslı layihədir və Azərbaycan onun uğurla həyata keçirilməsində mühüm hərəkətverici qüvvədir.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əlaqələr artan templə davam edir. Belə ki, ötən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilib ki, bu da 2022-ci illə müqayisədə 2 dəfə çoxdur (2022-ci ildə Azərbaycandan Bolqarıstana qaz nəqli 600 milyon kubmetr olub). Bu il sonuna qədər isə bu həcm 1,5 milyard kubmetrə çatdırılacaq. Bununla da Azərbaycan qazı Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edəcək. İki ölkə arasında ticarət dövriyyəsinə gəlincə, burada da göstəricilər əhəmiyyətli dərəcədə artıb. Təkcə cari ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon dollara çatıb. Azərbaycanın qeyd olunan dövrdə ixracı isə illik dörd dəfədən çox artaraq 146 milyon dollar təşkil edib. Bütün bunlarla yanaşı, Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində aşağıdakı Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb:

- Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”,

- Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin İdarə Heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” QSC və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”,

- Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,

- Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12993
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10119
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8881
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2729
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2308
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2102
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1974
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1781
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1415
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1374
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
918
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
597
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
548
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
485
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
458
Arda dubl etdi - VİDEO
446