AZ

FİF 10-a yaxın klubla əməkdaşlıq edir

Bir müddət əvvəl “F-Holdinq”in “Kəpəz”lə danışıqlari davam etdirməsi haqda xəbər ölkə gündəmini yenidən “silkəldi”.

Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin qəzetimizə verdiyi açıqlamadan sonra diqqət sözügedən məsələyə yönəldi. “Kəpəz”in elitada qalacağı rəsmiləşəndən sonra isə ümidlər daha da artıb. Görəsən, bu məsələdə hansısa irəliləyiş varmı?
Bu sualla FİF-in icraçı direktoru Tural Piriyevə müraciət etdik:
“Kəpəz”in sponsor məsələsi ilə bağlı hansısa yenilik yoxdu. Olacağı halda məlumat verəcəyik. Fondun işi sırf klublara sponsor tapmaq deyil. Fəaliyyətin bir hissəsini bu təşkil edir. Bilindiyi kimi, sponsor danışıqlarının gedişində nəticəyə mənfi təsir etməməsi üçün hansısa məlumat paylaşmırıq”.


Başqa komandaların taleyi ilə də maraqlandıq:
“1-ci liqada “Zaqatala” ilə bir neçə sahədə əməkdaşlıq edirik. Baş sponsorla müqavilə imzalanması, onlarla əlavə müzakirələrin aparılması, oyun günü qazancının artırılması, biznes-klub layihəsi ilə bağlı birgə fəaliyyət aparılır. Hansı klubla birgə iş görürüksə, uzunmüddətli olur. Hazırda 10-a yaxın klubla sıx əməkdaşlıq edirik. Bəzilərində strateji, bəzilərində struktur dəyişikliyi nəzərdə tutulub”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
football-plus.az

1Mənbələr