AZ

Razılaşmanın detalları bəlli oldu: Bu ərazilər dəyişdiriləcək - Kritik gəlişmə

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağı iddiaları səslənir. İndiki durumda tərəflərin mövqeyi yekun razılaşmaya nə qədər yaxındır?

- Hazırda tərəflər arasında ciddi maneə yoxdur. Daha çox Ermənistanın qanunvericilik aktları və digər hüquqi sənədlərin prosesə əngəl olacağı bildirilir. Çünki Ermənistan konstitusiyasında Qarabağa qarşı iddialar əksini tapıb. Amma bu reallıqdan uzaq məsələlərdir. Faktiki olaraq Qarabağ azad edilib. Ermənistan konstitusiyasında mövcud olan hər hansı bir qeyd, yazı Azərbaycan Ordusunun Qarabağı geri almasına, dünyanın bu qələbəmizi tanımasına maneə olmadı.

- Belə çıxır ki, Ermənistanın mövcud qanunvericilik aktlarında Azərbaycana qarşı olan ərazi iddiaları prosesə heç də əngəl deyil...

- Ermənistan konstitusiyasındakı o absurd müddəaları çıxarmaq uzun prosesdir. Referendum keçirilməli və digər məsələlər həll olunmalıdır. Qarabağı Azərbaycan öz nəzarətinə qaytarıb. Sülh müqaviləsi də imzalansa bu da əlavə bir dəstək olacaq. Bununla Azərbaycanın qələbəsi bir daha ifadə ediləcək. Ona görə də, nəticəsi olan işlər görülməlidir. Ermənistan konstitusiyasında olan yazıların prosesə zərrə qədər təsiri yoxdur. Sadəcə olaraq hansısa bir xəstə təxəyyüllü erməninin istəkləri ilə bu qeydlərə sığala çəkilə bilər. Keçmiş sovet lətifəsində deyildiyi kimi “adamı pasportundan deyil, sifətindən vururlar”. Qarabağ azad edilib. Ona görə də, Ermənistandakı bəzi absurd qanunları dəyişmədən də sülh sazişini imzalamaq olar.

- Mövcud reallıqlar fonunda sülh razılaşması əldə edildikdən sonra Ermənistanda dəyişəcək siyasi konyuktura proseslərə necə təsir edə bilər?

- Təsəvvür edək ki, Ermənistanda siyasi konyuktura dəyişib. Onun əhalisi 3 milyondan 10 milyona çatmayacaq ki?.. Ermənistan ordusu hansısa sehirli çubuqla birdən-birə güclənməyəcək? Nə olacaq? Azərbaycan əhalisi 10 milyondan 3 milyona düşəcək, iqtisadiyyatı çöküb, Ermənistandan kiçik olacaq, ordusu zəifləyəcək? Siyasi konnektura dəyişəndə də, heç nə dəyişməyəcək. Yenidən hansı şərtlər daxilində Ermənistan Qarabağa hücum edə bilər? Bunu Amerika, Fransa, Rusiya, Çin və Böyük Britaniya Azərbaycandan istəyə bilərmi? Belə bir şəraiti kim təsəvvürünə gətirir? Və yaxud hansı möcüzə baş verəcək ki, dünya birləşib Qarabağı bizdən alacaq? Bunlar boş və mənasız məsələlərdir. Arzu olunan odur ki, Ermənistan Türkiyə münasibətləri tənzimlənsin səfirliklər açılsın, gediş-gəliş başlasın. Əgər Ermənistanla Türkiyə və Azərbaycan arasında iqtisadi, insani, siyasi münasibətlər qurulsa, İrəvanı təcavüzə sürükləyən qüvvələrin təsiri sürətlə azalacaq.

- Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı gözləntilər nədən ibarətdir? Sülh mətni üzərində hansısa danışıqların aparılması ehtimal edilirmi?

- Ola bilər ki, xarici işlər nazirlərinə sülh mətni üzərində razılaşdırmaların aparılması ilə bağlı təlimat verilsin. İndi sülh üçün yaxşı imkan var. Burada prosesə əngəl törədəcək açıqlamalardan də çəkinmək lazımdır. Azərbaycan heç bir ölkəyə qarşı ərazi iddiasında deyil. Bakının yeganə məqsədi birbaşa Naxçıvanla əlaqənin əldə olunmasından ibarətdir. Bu da Ermənistanla olacaq razılaşmadan asılı olan prosesdir.

- Anklavların həlli ilə bağlı proqnozlor nədən ibarətdir?

- Ərazi mübadiləsi ilə bağlı guya hansısa referendumun keçirilməsi kimi məsələlər də gündəmə gətirilir. Burada referendum üçün əsas yoxdur. Delimitasiya komissiyası nəyi qərara alsa, bu da sənəd kimi ölkə başçılarına təqdim ediləcək. Həmin sənədlər imzalandıqdan sonra razılaşmalar hüquqi qüvvəyə minəcək. Ümumi baxımdan ərazi mübadiləsi referendum tələb etmir. Çünki Azərbaycanın və Ermənistanın ərazisində heç bir azalma və yaxud kiçilmə baş vermir. Eyni həcmdə, sahədə ərazilər mübadilə edilir.


Müəllif: Tapdıq Qurbanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12108
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8634
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8614
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2386
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2088
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1897
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1785
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1181
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
958
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
735
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
477
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
381
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
378
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
371