AZ

Trampın məhkəməsi təxirə salınıb

ABŞ Federal Dairənin hakimi Aylin Kennon gizli sənədlərlə bağlı keçmiş prezident Donald Trampın məhkəməsini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.

Herbiand.az BBC-yə istinadən bildirir ki, məhkəmənin bu il noyabrın 5-də keçiriləcək prezident seçkilərinə qədər keçirilməsi çətin ki, baş tutsun. 

Florida ştatının Cənub Dairəsinin federal dairə məhkəməsinin hakimi sübutlarla bağlı kritik suallar həll edilməmişdən əvvəl dinləməni planlaşdırmağın ağılsız olacağını söyləyib.

Qeyd edək ki, gizli sənədlər işi Ağ Evin keçmiş rəhbərinə qarşı qaldırılan 4 cinayət işindən biridir. Bu işdə prokurorlar Trampı Floridadakı Mar-a-Laqo malikanəsində qeyri-qanuni olaraq məxfi sənədlər saxlamaqda, yalan ifadələr verməkdə və istintaqa mane olmaqda ittiham edirlər.

İlkin proseslər zamanı Trampın vəkilləri və prokurorları, xüsusən məxfi sənədlərdən hansının məhkəməyə sübut kimi təqdim oluna biləcəyi ilə bağlı xeyli mübahisə ediblər.

İlkin olaraq məhkəmənin başlaması mayın 20-nə təyin edilmişdi. Lakin hakim Kennon həmin tarixi ləğv edib və yeni tarix təyin etməyib. Əvəzində iyulun sonuna bir neçə yeni ilkin dinləmələrin olacağını bildirib.

Trampın vəkilləri məhkəmə prosesinin onun yenidən Co Baydenlə qarşılaşacağı prezident seçkilərindən sonra keçirilməsini təklif ediblər.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
32
herbiand.az

10Mənbələr