AZ

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Yenidən ən yüksək dövlət postu uğrunda mübarizə aparan ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri ölkələrin xarici ticarətdə ABŞ dollarından istifadə etməkdən imtina etməsinə qarşı mübarizə yollarını müzakirə edirlər. 

Valyuta.az xəbər verir ki, bu barədə cümə axşamı Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Seçimlərə ixrac nəzarəti, cərimələr, valyuta manipulyasiyası xərcləri və tarifləri nəzərə alan iqtisadi məsləhətçilər daxildir. Agentliyin mənbələrinə görə, bu tədbirlər “ABŞ valyutası üçün riskləri azaltmaq” məqsədiylə BRİKS ölkələri də daxil olmaqla inkişaf etməkdə olan ölkələrə qarşı yönəldiləcək.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Qərb BRİKS ölkələrinin müstəqil maliyyə mexanizmlərini inkişaf etdirmək işindən getdikcə daha çox narahatdır. O, qeyd edib ki, Qərb beynəlxalq mexanizmlərdən “həyasızcasına sui-istifadə etməyə” başlayıb, onlardan rəqibləri sıxışdırmaq və müxalifləri cəzalandırmaq üçün istifadə edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların prezidentliyə namizədliyini qazanmaq üçün lazımi sayda nümayəndəni qazanıb. 

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
32
valyuta.az

10Mənbələr