AZ

Paşinyan Əliyevin COP-adək sülh sazişi təklifinə məqbul cavab verdi...

Image

İlyas Hüseynov: “Prezident İlham Əliyev COP29-dan əvvəl baza prinsiplərinin razılaşdırılmasına dair reallığın olduğunu bildirib”

“Düşünürəm ki, COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Hesab edirəm ki, baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir”. 

Bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

Prezident İlham Əliyevin COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda  COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunmasının tamamilə real olması barədə fikirlərinə Ermənistanın baş naziri Nikol Paşinyan pozitiv, məqbul cavab verib, bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər.

“Bakı və İrəvan noyabr ayına qədər sülh sazişi imzalaya bilər”. 

O, həmçinin, mayın 10-da Almatıda iki ölkənin XİN rəhbərlərinin görüşünün yekunlarına əsasən irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.

Məlumata görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcək.

“Paşinyanın son çıxışını biz bu tezisin təsdiqlənməsi kimi anlaya bilərik”

Siyasi ekspert İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində “Nikol Paşinyan öz sonuncu çıxışında bildirdi ki, noyabr ayına qədər İrəvan və Bakı arasında sülh sazişi imzalana bilər. Bu, əlbəttə ki, sülh yönündə çox mühüm bir açıqlamadır. Hətta düşünürəm ki, bu siyasi şüurların, təfəkkürlərin yenilənməsi baxımından böyük bir bir irəliləyiş hesab oluna bilər. Eyni zamanda çox böyük ehtimallar var ki, bu ilin ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür” - deyə bildirdi.

İ.Hüseynovun sözlərinə görə, ötən iki il məhz elə sülh anlaşmaları, sülh razılıqları və sülh müqaviləsinin imzalanması ehtimalları ilə başa çatdı. “Hər ilin sonunda müəyyən əngəllər, problemlər, tərəddüdlər yaranırdı və nəticədə sülhün əldə olunması qəlizləşirdi, hətta deyərdim ki, mümkünsüzləşdirdi. Bu il də belə bir ehtimallar, çağrışlar var ki, sülh müqaviləsi imzalana bilər. Amma mənə elə gəlir ki, bunun üçün siyasi iradə nümayiş etdirmək lazımdır. Almatıda Azərbaycan və Ermənistan xarci işlər nazirləri görüşəcəklər, vasitəçilər olmadan bu dialoqa çox böyük enerji sərf olunub və əsas məsələ buindan ibarətdir ki, heç bir moderatorun iştirakı olmadan bu görüş keçiriləcək. Eyni zamanda qeyd etməliyik ki, COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda da cənab Prezident İlham Əliyev COP29-dan əvvəl baza prinsiplərinin razılaşdırılmasına dair reallığın olduğunu bildirib. Sanki Paşinyanın son çıxışını biz bu tezisin təsdiqlənməsi kimi anlaya bilərik. Amma sərhədlərin delimatiyası və sərhəd təhlükəsizliyi ilə bağlı bütün məsələlər də öz həllini tapmalıdır. Ermənistanda buna qarşı müqavimətin, etirazların olmasına rəğmən düşünürəm ki, may ayının 15-nə qədər bütün problemləri kənara qoymaq mümkün olacaq, hansısa yürüşlər, çıxışlar, etirazlar da buna əngəl ola bilməyəcək. Erməni Qriqoryan kilsəsinin də aktivləşməsini müşahidə edirik. Bu revanşist dalğa kilsəni də artıq işə qoşub, amma çox ümid edirəm ki, sülh meylləri, sülh təşəbbüsləri bu müqavimətin də qarşısını ala biləcək” - deyə İ.Hüseynov qeyd etdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13280
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10465
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8935
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2807
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1806
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1524
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1447
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
939
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
669
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
558
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
507
Azərbaycan nefti ucuzlaşdı
505