AZ

Xəzər rayonunda “Əbədiyaşar dahi” adlı tədbir keçirilib - FOTO

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Əbədiyaşar dahi” adlı tədbir keçirilib.

 Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Buzovna qəsəbəsi “Zuğulba sarayda” keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkilləri Musa Quliyev, Jalə Əhmədova, Afət Həsənova və Fatma Yıldırım, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri, təhsil, səhiyyə, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov giriş sözü ilə tədbiri açaraq, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafı əbədi surətdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş təhlillər aparılaraq gənc nəslə çatdırıldığını bildirən N.Əhmədov Azərbaycanın bugününü dünəni ilə müqayisə etdikdə Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin miqyası, müasir dövrümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın göründüyünü qeyd etdi.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirən Ulu Öndər Heydər Əliyevin ömrü bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsi olduğunu qeyd etdi. Ulu öndərin həyat fəaliyyətində danışan E.Salahov dahi şəxsiyyətin Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaratdığını, məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycanın davamlı uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu vurğuladı.

Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi bu siyasətin böyük uğurudur. Dövlətimizin başçısı öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yüksəldib.

Ümummilli Liderin hər kəsə Vətəni sevməyi öyrətdiyini vurğulayan E.Salahov, onun “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşdirdiyini və məhz bu birliyin 44 günlük Vətən müharibəsində tarixi zəfərimizdə öz sözünü dediyini vurğuladı.

Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərdən söz açan Milli Məclisin deputatı Musa Quliyev dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz ümummilli lider Heydər Əliyevin yürütdüyü parlaq siyasətin nəticəsi olduğunu vurğuladı.

Tədbir zamanı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünün şərəfinə rəngarəng müsiqi proqramı və ziyafət təşkil olundu.

Sonda xatirə şəkili çəkildi.

  • Xəzər
  • Xəzər
  • Xəzər
  • Xəzər
  • Xəzər
  • Xəzər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13975
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11168
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2996
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2162
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2111
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
763
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
712
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
670
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
618
Arda Gülər dayanmır, yenə fərqləndi -
590