- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Şimal dənizinin Norveçə məxsus ərazisində “Eldfisk Şimal” layihəsi çərçivəsində neft hasilatına başlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə layihənin iştirakçısı olan Fransanın TotalEnergies (39,9 faiz) şirkəti məlumat yayıb.
Layihənin operatoru Amerikanın ConocoPhillips (35,1 faiz) şirkətidir. Bundan başqa, layihədə Var Energi ASA (12,4 faiz), Sval Energi AS (7,6 faiz) və Petoro AS şirkətləri (5 faiz) pay alır.
Yatağın işlənməsi üzrə inkişaf planı 2022-ci ilin dekabrında təsdiqlənib, ona 10,5 milyard Norveç kronu (təxminən 1 milyard dollar) sərmayə yatırılacağı nəzərdə tutulurdu.
Yataqdan gündə təxminən 15 min barel neft ekvivalenti hasil edilməlidir (ildə təxminən 750 min ton neft).
Musavat.com
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.