phrase_var_article.
“Bura gələndə bizi yaman qorxutmuşdular ki, Malidə “sese” deyilən bir cür milçək var, elə bircə dəfə adamı sancmağı bəsdir – o dünyalıq olur...”
“Mənsə dedim ki, afrikalılardan ayrılmayacağam; onlara harada yatırlarsa, orada yatacağam, nə yeyirlərsə, ondan yeyəcəyəm...”
“Afrikada hələ avropalılar bura gəlməmişdən çox-çox əvvəl iri dövlətlər, imperiyalar olub...”
“Çox maraqlı adamlardır afrikalılar. Xudaya, nə qədər oynamaq, atılıb-düşmək olar.?!. Qadın, kişi, uşaq – hamısının çox vaxt iş-gücü rəqs etməkdir... Mən Afrikada ağlayan uşaq görmədim...”
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1958-1961-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) sədri kimi çalışmış Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabının “Afrika təəssüratları” bölməsində 1961-ci ilin martında Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının nümayəndə heyətinin tərkibində Fransa paytaxtı Parisdən keçməklə Afrika ölkələrinə səfərindən, Qərb ölkələrinin müstəmləkəçiliyindən yenicə qurtulmuş xalqların yaşam tərzi, etnopsixoloji xüsusiyyətləri və s. haqda maraqlı müşahidələrini qələmə alıb.
Moderator.az-ı izləyin!..
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.