AZ

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndiriməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Ulu Öndərə Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, bu gün qədirbilən xalqımız onu ağır sınaqlardan müdrikliklə çıxarmış Ulu Öndər Heydər Əliyevi minnətdarlıqla yad edir: “Həyatının məqsədi Azərbaycanın müstəqilliyi, xalqımızın xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib. Ölkə həyatının ən çətin, mürəkkəb məqamlarında dahi lider özünün xilaskarlıq missiyası ilə xalqının köməyinə çatıb. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan Ulu Öndərin inanılmaz səyləri ilə keçmiş SSRİ-nin geridə qalmış respublikasından yüngül və ağır sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində böyük uğurlara imza atıldı. 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev 5 il ərzində SSRİ rəhbərlərindən biri oldu”.

Rektor qeyd edib ki, 1993-cü ilin ortalarında ölkədə vətəndaş müharibəsi təhlükəsi, dövlətçiliyin itirilməsi və Azərbaycan Respublikasının bir ölkə kimi dünya xəritəsindən silinməsi təhlükəsi yarananda Ulu Öndər Heydər Əliyev xalqımızın nicatı oldu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ulu Öndərin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. İqtisadiyyatına milyardlarla dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul dəfələrlə artdı. İllər sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri yaradıldı: “Xalqımızın sarsılmaz birliyi, şəhidlərimizin canı, qazilərimizin qanı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi ilə 30 illik işğal bitdi, 200 illik problem tarixin arxivinə göndərildi. Xalqımız 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun Ulu Öndərin tükənməz irsinin tədqiqi və təbliği sahəsindəki əvəzsiz xidmətlərini də yüksək qiymətləndirir. Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, məzunu olması ilə fəxr etdiyi BDU-nun kollektivi də bütün xalqımız kimi, Ümummilli Liderin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir. Ümummilli Liderin irisinin tədqiqi, təbliği BDU-nun alim və tələbələrinin ali məqsədlərindən biridir. Biz fəxr edirik ki, 105 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə intibah dövrünə qədəm qoyan Bakı Dövlət Universitetinin inkişafının son 20 ildəki mərhələsi dahi liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır".

Milli Məclisin deputatı, BDU-nun Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi akademik Rafael Hüseynov Ulu Öndərin bütün mənalı ömrünü Azərbaycanın işıqlı gələcəyinə həsr etdiyini bildirib. Vurğulayıb ki, tarixin son dərəcə çətin dönəmində, 1990-cı illərin əvvəllərində, Azərbaycanın yenicə bərpa edilmiş dövlət müstəqilliyi ilk addımlarını atarkən Ulu Öndərin xilaskarlıq, quruculuq, yurdun və xalqın sabahı üçün möhkəm təməllər yaratmaq yolunda fədakar çalışması və mübarizəsi ölkəmizi çətin sınaqlardan üzüağ çıxardı.

Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov Ümummilli Liderin siyasi fəaliyyətinin tarixi inkişaf dövrləri barəsində çıxış edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Bu əsaslar güclü iqtisadiyyat, ordu quruculuğu və peşəkar xarici siyasətə söykənir. Məhz bu istiqamətlərdə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın sonrakı uğurlarının və Vətən müharibəsindəki qələbəmizin əsasını qoyub.

BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva isə bildirib ki, Azərbaycan dövlətçiliyinin sağlam təməllərinin əsasını qoyan, onu dünya xəritəsində sayılıb-seçilən dövlətlər sırasına daxil edən və öz sözünü deməyə qadir olan müstəqil dövlətə çevirən Ümummilli Lider Heydər Əliyev həyatının hər anında Azərbaycan xalqını düşünürdü: “Xilaskarlıq missiyası onun alın yazısı idi. Bu gün Ulu Öndərin Azərbaycan xalqı üçün ən böyük yadigarı onu işıqlı gələcəyə aparan Prezident İlham Əliyevdir. Ulu Öndərin Azərbaycanın gələcəyini əmanət etdiyi müasir gənclik isə daim bu əbədi irsi öyrənərək gələcək yollarını sağlam təməllər üzərində qurmağı bacarmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12941
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10061
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8867
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2701
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2296
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2097
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1968
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1771
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1358
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1357
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
909
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
589
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
578
Arda Gülər dayanmır, yenə fərqləndi -
546
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
483
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
448
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
442