AZ

Güney Azərbaycan Tələbə Günüdür

Güney

Bu gün əslində 1995-ci il 8 may tarixində baş tutmuş azərbaycanlı öyrəncilərin etiraz aksiyasının xatirəsinə həsr edilib.

Gunaz.tv

Həmin ildə yaz bayramı ərəfəsində İran radio-televiziyası tərəfindən Tehran şəhərində bir anket paylanılıb.

Farslara paylanılan sorğu anketində onlara aşağıdakı suallar verilib:

1. Evlənmək niyyətiniz olsa, bir türk ilə evlənərsizmi?
2. Qızınız olarsa, onun bir türklə evlənməyinə razı olarsızmi?
3. Aşura və Tasua kimi mərasimlərdə türklərin məclislərinə və dəstələrinə qoşularsızmi?
4. Əgər almaq istədiyiniz evin qonşuluğunda türklər yaşasalar onların mərasimlərində iştirak edərsinizmi?
5. Bir türklə bir otaqda, otaq yoldaşı kimi yaşamağa razı olarsızmı?
6. Türklərin çoxluq təşkil etdikləri məhəllədə yaşamağa razı olarsızmı?
7. Bir türklə get-gəl etmək, onu evinizə qonaq çağırıb və evinə qonaq gedərsizmi?

Bu suallar azərbaycanlı tələbələrin etirazlarına səbəb olub.

Xüsusilə Azərbaycan türkləri bu anketin onları təhqir etdiyini düşünüb, ona qarşı reaksiya verdilər. Bu aksiyaların əsas aparıcı qüvvəsi isə azərbaycanlı tələbələr idilər.

Yaz bayram tətillərindən sonra azərbaycanlı tələbələr universitetlərdə həmin anketi sorğulamağa başlayıblar.

Nəhayət 1995-ci ilin 8 may tarixində Təbriz, Urmu və Tehran Universitetlərindəki azərbaycanlı tələbələr etiraz aksiyaları keçiriblər.

Bu 1979-cu il inqilabından sonra tələbələr tərəfindən planlaşdırılan və baş tutan bu qəbildən olan ilk genişmiqyaslı aksiya kimi yadda qalıb.

Təbriz Universitetinin tələbələri aksiyaya universitetdə başlasalar da onu şəhərin içinə aparmağa müvəffəq olurlar. Tələbələr universitetdən Saat qabağınadək şüar səsləndirərək aksiyaya davam ediblər. Lakin polis gücləri buna sərt şəkildə müdaxilə ediblər.

Eyni hadisələr Urmu universitetlərində də baş verib. Azərbaycanlı tələbələr Danişkədə küçəsində aksiyaya başlayıblar. Bir müddət sonra isə əyalət valisi tələbələrin yanına gəlmələrək onların tələblərini dinləyir. Elə həmin gün Tehran universitetində azərbaycanlı tələbələr etiraz aksiyasına başlayırlar.

Həmin tarixdən başlayaraq məhdudiyyətlərə rəğmən hər il azərbaycanlı tələbələr, ictimai, milli və mədəni fəallar bu günü xüsusi mərasimlərlə qeyd edir, bunu ölkədə türklərə, qeyri-fars xalqlara qarşı ayrı-seçkilik siyasətinə etiraz və müqavimət hərəkatı kimi davam etdirirlər.

Bu günə kimi Güney Azərbaycan Tələbə Hərəkatı münasibətilə dinc aksiya keçirən onlarla tələbə və fəal həbs olunub, saxta ittihamlarla həbsxanalara salınıb.

Bu müddət ərzində həmin hərəkat İranda yaşayan başqa xalqların da nümayəndələri, tələbə və milli-ictimai fəalları tərəfindən qeyd edilməyə başlayıb.

Onlar azərbaycanlı tələbələrin etirazını ölkədə yaşayan başqa xalqların hüquqlarının pozulmasına etiraz kimi dəyərləndirir, buna görə azərbaycanlı tələbələri təqdir edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13961
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11163
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9150
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2985
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2161
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2111
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
759
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
711
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
617
Arda Gülər dayanmır, yenə fərqləndi -
589