AZ

Gəncə Tibb Kollecində “Sən elə bir zirvəsən…” tədbiri

Gəncə Tibb Kollecində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib.   

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra giriş sözü ilə çıxış edən kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev xalqımızın xilaskar oğlu, müasir Azərbaycan dövlətinin  qurucusu və banisi, milyonların əbədi sevgisini  qazanmış  Ulu  Öndər Heydər  Əliyevin səhiyyəmizin inkişafındakı əvəzolunmaz rolundan danışıb.

“Heydər Əliyev bütün sahələr üzrə dərin biliklərə və tükənməz enerjiyə sahib olan şəxsiyyət idi. Onun üçün ən ümdə məsələlərdən biri  əhalinin sağlamlığının mühafizəsi, tibb xidmətinin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşdırılması  idi. Ulu Öndər Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan tibb elmi və tibb təhsili sistemini, xüsusilə diqqət mərkəzində saxlayırdı. Tibb ixtisaslı milli kadrların formalaşmasını, gənc kadrların bilik və təcrübələrinin artırılmasını daim ön plana çəkən dahi şəxsiyyət səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarından biri olan mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilməsini əsas prioritet sahə hesab edirdi” deyə M.Rzayev əlavə edib.

Direktor vurğuladı ki, hazırda unu öndərin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə ilə yanaşı bütün sahələrdə olan inkişaf göz qabağındadır. 

Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizin tarixinə sosial-iqtisadi yüksəliş mərhələləri kimi daxil olub. 

Sonda kollecin tələbələrinin ifasında mahnılar oxunmuş, şeirlər səsləndrilmiş, milli rəqslər nümayiş etdirilmişdir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13284
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10470
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8938
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2809
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1806
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1524
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1448
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
939
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
670
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
558
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
509
Azərbaycan nefti ucuzlaşdı
505