AZ

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı - FOTO

Ölkəmizdə ilk dəfə “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə Təchizat Zənciri Liderləri Zirvəsi keçiriləcək. 13 may 2024-cü il tarixində təşkil olunacaq tədbirdə peşəkar moderator və spikerlər təchizat zəncirinin inkişafı və idarəedilməsi istiqamətində bilik və təcrübələrini paylaşacaq, təchizat zənciri prosesləri üçün sərfəli həllər tapacaq, satınalma proseslərini sadələşdirmək və səmərəliliyi artırmaq üçün rəqəmsal alətlər təklif edəcəklər.

“Yeni Dəyər Zənciri” devizi ilə “Gülüstan” sarayında keçiriləcək tədbir bütöv günü əhatə etməklə 600-dək peşəkar mütəxəssisi, dövlət və özəl sektordan olan təchizat, satınalma rəhbərlərini, istehsalçı, distribyutor, topdansatış, pərakəndə satıcı və istehlakçıları bir araya toplayacaq. 

“Facemark” “Admedia” şirkətlərinin təşkilatçılığı, “Konsis Group” şirkətinin təşkilati dəstəyi, “Azərsun Holding”in Baş Sponsorluğu, “Roof Academic Training”in Platinum Sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin Gold Sponsorluğu, “Qardaşlar Mebel”, “Bank of Baku”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin və “İnnab” platformasının sponsorluğu ilə keçiriləcək tədbir ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq”, “Təchizat Zəncirinin Strateji İdarəedilməsi”, “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelləri üzrə təchizatda risklərin idarə olunması, təchizat zəncirinin strateji dayaqları, logistika, rəqəmsal transformasiya və süni intellektin tətbiqi və sahəyə dair digər mövzular haqqında müzakirələr edəcəklər.

Təchizat Zənciri Liderləri Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün zirvənin rəsmi internet səhifəsinə keçid edə (www.sclforum.az) və sosial media hesablarımızı izləyə bilərsiniz.

“Facebook”: https://www.facebook.com/profile.php?id=61556576487637

“Instagram”: https://www.instagram.com/sclforum/

“Linkedln”: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13961
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11168
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9150
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2990
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2161
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2111
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
759
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
711
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
617
Arda Gülər dayanmır, yenə fərqləndi -
589