AZ

Gate-ində avro dayanan, bol avrolu institutlaşdırılan Parlament-Şəbnəm Həsənova- ÖZƏL

"Transparency International təşkilatı hesabatında bir çoxunun Brüsseldə lobbiçilik edən firmalarda gəlirli vəzifələr tutduğunu göstərərək Avropa İttifaqı qanunvericilərinə qarşı münasibətdə daha sərt nəzarətə çağırıb. Təşkilat kifayət qədər inandırıcı arqumentlər irəli sürür, "inanılmaz" statistik fiqurlar təqdim etməklə sanki ortaya növbəti siyasi bomba atır, siyasi trillerin isə bir sonrakı bölümünü gərçəkləşdirir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Bununla bağlı xarici mətbuatda yazılar kifayət qədərdir. Bizə isə uzun-uzadı deyil, o yazılardan iki amili və açar sözləri vurğulamaq kifayətdir ki analizimizi arqumentləşdirməyə kömək etsin. Məsələn, 8,6 milyon avrodan çox, 705 deputatın üçdə ikisindən çoxu, 10,000 avro, Avropa Parlamentinin maaşdan daha çox qazanmaları, siyahının başında Edvervita UAB adlı bir şirkətdə illik milyon avro qazandığını bəyan edən litvalı Avropa Parlamentinin deputatı Viktor Uspaskiç, özünə və uşaqlarına məxsus olduğu və Rusiyada əhəmiyyətli kommersiya mülkiyyəti maraqları ilə əlaqəsi olması. Bunlar fəaliyyətləri deşifrə olunan yeganə fiqurlar olmasa da, rəqəmlər yüksələn xətt üzrə inkişaf etdikcə bu siyahını göz oxşayan qazanclarla, yüksək profilli simalarla, potensial adlar şəbəkəsi, həmçinin Avropa Parlamentindəki bəzi əsas şübhəlilərin ailə üzvləri və digər fiqurlar da daxil olmaqla kifayət qədər uzatmaq olar. Lakin hələlik burda dayanaq və belə izah edək ki, Avropa Parlamentində növbəti maliyyə maxinasiyaları da səbəbilə üstəlik bu dəfə də casusluq, şübhə, qınaq kimi mənfi tendensiyaların məhsulu olan şok dalğaları yaşansa da, biz artıq nə fizioloji, nə də psixoloji şoka düşmürük. Çünki bizim "orqanizmimiz" onların bizə qarşı münasibəti səbəbilə sanki buna alışıb. 

Avropa Parlamenti sanki travmatik hadisə nəticəsində yaranan psixoloji şok keçirtmək kimi kəskin stress pozğunluğu yaşayır, bu qurum çürüyüb, qərəzi ilə özünü içdən-içə yeyib-bitirib desək, heç də yanılmarıq. Yəni, Avropa Parlamenti özünün maxinasiyaları olduğu halda, bütün məsələlərdə digər ölkələri günahlandırır, ittiham edirsə, şokun güclü emosional reaksiyaya səbəb olduğu hal kimi "ya birinci, ya ikinci" deyə şərt qoymaqla hətta barmaq da sallayırsa, aydan arı, sudan duru olmayan, bol avro ilə institutlaşdırılan Parlament niyə fəaliyyətlə bağlı, maliyyə mənbəyi ilə bağlı şəffaf hesabatın verilməsinə digər ölkələrdə qarşıdır? Siyasət soyuqqanlılıq tələb edir, həm də intellektin qəttəzə olmasa da bir növü olan emosional tərəfini də tələb edir.

Bu cür şok sadəcə güclü emosional deyil, fiziki reaksiyalara da səbəb ola bilər. Bu məqamda onu deyək ki, Avropa Parlamentini insan orqanizminə bənzətməyimiz də təsadüf deyil. Axı sizlərdə hər şey insan üzərinə qurulub. Orqan və toxumaların düzgün işləməsini təmin etmək üçün sisteminizdə kifayət qədər qan dövranı olmadıqda vücudunuz şok keçirir. Ona görə ki, axı həm də siz rəsmi sənədlərinizdə enerjini cəmiyyətiniz üçün lazım olan qan hesab edərək həyati əhəmiyyətli məsələ hesab edirsiniz.  Bədəndə qan axınına təsir edən isə hər hansı bir zədə və ya vəziyyət səbəb ola bilər. Azərbaycana qarşı qərəzinizdən əl çəkin. Şok çoxlu orqan çatışmazlığına və həyati təhlükəsi olan ağırlaşmalara da səbəb ola bilər. Odur ki, nəbzi yaxşı tutaraq ağırlaşmalara getməyin.

Bundan öncə də Avropa Parlamentinin adı çirkli pulların yuyulması, korrupsiyada hallanmış, "böyük" pul və "əhəmiyyətli" hədiyyələrdən ibarət nəğd pul qazanma sxemi strukturlaşdırılıb, hətta institutlaşdırıldığı da məlum olmuşdu. Avropa Parlamentini bürüyən korrupsiya qalmaqalı indi də gündən-günə genişlənir və pulların qatı qalınlaşır. Düzdür, parlamentin xarici siyasətdəki formal rolu məhduddur. Lakin həmin pulların da dəqiq nəyə nail olmalı olduğu aydın olaraq qalır ki, bu da iddia edilən demokratiyanı manipulyasiya etməklə siyasi təsirin əldə edilməsinə gətirib çıxardır, siyasi qərarlara təsir edir. Habelə bu, müəyyən siyasət məqsədlərini təmin etmək və ya Brüsseldə bəzi şəxslərin imicini yaxşılaşdırmaq üçündür. Beləliklə, Avropa parlamenti tənqidi qətnamələri, qərarları ilə haqq səsini boğur, susdurmağa cəhd edir. Parlamentarilər mətbuatda geniş işıqlandırılmaya və yaxından izlənilən ictimai çıxış platformasına malik olmaqla həm digər Aİ təsisatlarının yüksək vəzifəli rəsmiləri ilə müntəzəm görüşürlər, həm də qeyri-leqal fəaliyyətə pul buraxan şəxslərlə də təmaslar qururlar. 

Şübhəli pul vəsaitlərinin təsir sxeminin ifşasından sonra Avropa Parlamenti şok, stress pozğunluğundan, həm də qərəz qabığından çıxmalıdır. Görünür, onların orqanizminin vərdişi şokun səbəblərindən biri kimi avroya susayıb, qərəzlə zəhərlənib. Avropa Parlamenti avrolu parlament olmayıb, "başgicəlləndirici labirint"dən çıxaraq, o başı, başları qaldırıb, qərarlarını daha səhih almalıdır.  Aydan arı, sudan duru olmayan, bol Avro ilə institutlaşdırılan Parlament maliyyə maxinasiyalarını qanuni rebrendinq etməyə çalışmamalıdır. Çünki Parlamenti korrupsiya halqasına sıx bağlı olduğu üçün həqiqəti tapmaq ümidi getdikcə azalır, daralır.

Bu gün Parlament adını təmizləməyə və ya ətrafındakı rəvayətləri dəyişdirməyə çalışsa da günahsızlığını şiddətlə, özü də arsızlıqla müdafiə edən bir təsisata çevrilib. Pul ilə qərarlara təsir edən, işlədikləri şirkətlərin maraqlarına lobbiçilik edənlərin anti-Azərbaycan qərarlarının arxasında bir daha məlum olur ki, kirli pullar dayanır. 

Cənablar, unutmayın ki, sizin ali vəzifəniz demokratik proseslərə dəstək və kömək idi. Bunu rüşvətlə korlamaq cəhdləri də, korrupsiya cinayətlərini ört-basdır etmək səriştəsi və ya səriştəsizliyi də digərləri kimi bizə yapışmadısa, sizə də yaraşmadı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12949
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10075
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8867
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2708
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2296
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2099
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1969
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1772
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1379
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1366
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
917
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
593
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
579
Arda Gülər dayanmır, yenə fərqləndi -
546
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
483
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
458
Azərbaycan nefti ucuzlaşdı
450
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
442