AZ

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin adını daşıyan Parkda yerləşən abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatı, ölkəmizin surətli inkişafı, bu günki qələbələrimiz və nailiyyətlərimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan RİH başçısı qeyd edib ki, bütün bu nailiyyətlərimizin dərin özüllərini, əsasını məhz Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın hər il daha böyük əhəmiyyətə malik uğurlar qazandığını vurğulayan RİH başçısı bildirib ki, hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri də onun ərazi bütövlüyüdür. Bu baxımdan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən Müharibəsində qazanılan şanlı qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 

RİH başçısı bildirib ki, bu il Azərbaycanı bir dövlət kimi məhv olmaqdan hifz edən, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramı ifadə etmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaranan Heydər Əliyev Fondunun fəaliyyətinin 20 illiyidir. Qeyd edilib ki, bu illər ərzində Heydər Əliyev Fondu Azərbaycan xalqının Ulu Öndəri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin mənəvi irsinin öyrənilməsində, təbliğində və ideyalarının yaşadılmasında, bu ideyaların həyata keçirilməsində misilsiz fəaliyyət göstərməkdədir.

Tədbirin sonunda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bədii hissə təqdim olunub.








Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12543
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9340
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8757
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2538
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2202
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1973
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1850
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1664
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1248
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1086
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
783
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
549
Arda Gülər dayanmır, yenə fərqləndi -
514
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
445
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
434
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
427
Arda dubl etdi - VİDEO
413
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
403