AZ

İlham Əliyev və Fitso bu beynəlxalq məsələlərə eyni mövqedən baxdılar...

Image

Ramil Hüseynov: “Slovakiya beynəlxalq hüquqa, onun prinsiplərinə əməl olunmasına xüsusi önəm verir”

“Biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur”. Bu fikri Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

Ölkə başçısının sözlərinə görə, Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar: “Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır”.

Bütün bu deyilənlərin fonunda, Azərbaycanla Slovakiyanın münasibətlərinin, baxışlarının üst-üstə düşdüyü, eyni olduğu hansı beynəlxalq məsələlərdən danışmaq mümkündür? 

“Hesab edirəm ki, bu kimi beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür” 

Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Azərbaycan ilə Slovakiya arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində Prezident Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi səfər böyük rol oynayıb. Hazırda  iki ölkə arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə çatmaq üzrədir. Müstəqil Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxşaxəli xarici siyasət kursu beynəlxalq miqyasda, o cümlədən Avropa İttifaqı məkanında ölkəmizə çoxlu dostlar qazandırıb. Həmin dost dövlətlərdən biri də Slovakiyadır. Üst-üstə düşən məsələlərdən biri hər iki dövlətin praqmatik siyasət yürütməsidir. Yəni dövlətin milli maraqlarına uyğun müstəqil siyasət yeritmələridir. Slovakiya Avropa İttifaqının üzvü olsa da, bir sıra məsələlərdə müstəqil mövqe sərgiləyir, axına qarşı gedir. Avroittifaqın aparıcı dövlətləri qərarların qəbulunda çox vaxt Şərqi Avropa ölkələrinin mövqeyini nəzərə almırlar. Söhbət Macarıstan və Slovakiyadan gedir. Çünki bu dövlətlər dəfələrlə Aİ-nin bir sıra siyasi, iqtisadi qərarlarını tənqid ediblər. Slovakiya beynəlxalq hüquqa, onun prinsiplərinə əməl olunmasına xüsusi önəm verir. Bu məsələdə ayrıseçkiliyə, ikili standartlara qarşı olan dövlətdir. Azərbaycan da məhz bu prinsiplərə xüsusi önəm verir. Slovakiya Ukrayna məsələsində Rusiya ilə bağlı bütün körpülərin yandırılmasına qarşıdır. Bir sıra məsələlərdə Rusiya ilə dialoq aparılmasını və ortaq məxrəcin tapılmasını məqsədəuyğun hesab edir. Hesab edirəm ki, bu kimi beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12064
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8612
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8538
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2366
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2083
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1893
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1777
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1536
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1169
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
949
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
729
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
471
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Arda dubl etdi - VİDEO
378
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
374
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
365