AZ

Komitə sədri tanınmış rəssamı 70 illik yubileyi ilə bağlı təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Respublikasının
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əli Səfərliyə təbrik məktubu ünvanlayıb. Tanınmış rəssamın 70 illik yubileyi ilə bağlı təbrik məktubunda onun yaradıcılığının ən ümdə məqamlarına vurğu edilib:
 
"Hörmətli Əli müəllim,
Sizi - tanınmış incəsənət xadimini qarşıdan gələn 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz, 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinində (indi ADRA nəzdindəki İncəsənət Kollecində) tərtibatçı rəssam ixtisası üzrə təhsil almısınız. 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2012-ci ildən Naxçıvan Rəssamlar Birliyinin üzvüsünüz. "Şərq qapısı" qəzetində (1972-1974), C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında (indiki Naxçıvan Dövlət Milli Dram Teatrında) quruluşçu rəssam (1983-1987), M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında baş rəssam (1990-2012) və Babək Rayon Xalq Teatrında quruluşçu rəssam (2009-2017) vəzifələrində işləmisiniz. Teatrlarda işlədiyiniz müddətdə 60-a yaxın tamaşanın uğurlu səhnə tərtibatını və geyim eskizlərini hazırlamısınız. Bu tamaşalardan bir çoxu qastrol və festivallarda, həmçinin dostluq görüşlərində Bakı, Gəncə, Şəmkir, Şəki, İsmayıllı, Lənkəran, Masallı və Astarada, doğma Urmiyada, habelə qardaş Türkiyənin Ərzincan, İzmir, İğdır, Trabzon, Van və b. şəhərlərində uğurla göstərilib.

2012, 2014 və 2019-cu illərdə Naxçıvan Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda sizin fərdi yaradıcılıq sərginiz keçirilib. 1978-ci ildən bəri müxtəlif sərgilərdə uğurla iştirak edirsiniz. O cümlədən, doğma Urmiya şəhərində (1994), qardaş Türkiyənin İğdır şəhərində (2001, 2003) və Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda "Naxçıvan rəssamlarının sərgisi"ndə (2001, 2005, 2011, 2012), R.Mustafayev adına Azərbaycan Milli İncəsənəti Muzeyində "Azərbaycan teatr rəssamlarının sərgisi"ndə (2005), Bakıda - Təbriz miniatür məktəbinin ustadı Sultan Məhəmmədin 550 illik yubileyinə həsr olunmuş miniatür sərgisində, habelə "Nar" tematik sərgisində Naxçıvan rəssamlarını uğurla təmsil etmisiniz. Siz həmçinin 2012-ci ildən başlayaraq hər iki ildən bir keçirilən "Naxçıvan - Bəşəriyyətin beşiyi" Beynəlxalq Rəsm Festivalının başarılı iştirakçısısınız. "Naxçıvan-95", "Yurdum mənim" festivallarında ödülləndirilmisiniz (2019).

Əsərləriniz Naxçıvan və Bakı şəhərlərində (o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, B.Kəngərli Muzeyində, C.Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyində, C.Məmmədquluzadənin Ev Muzeyində, Milli Dəyərlər Muzeyində, Xatirə Muzeyində, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində), bir sıra qonşu ölkələrdə şəxsi kolleksiyalarda qorunub saxlanılır.

Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8673
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8618
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2396
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2093
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1901
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1785
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1548
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1181
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
959
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
736
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
532
Arda Gülər dayanmır, yenə fərqləndi -
479
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
432
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
389
Arda dubl etdi - VİDEO
385
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
375
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
374