AZ

""SONUNCU ƏMR" ROMANI TARİXİMİZİN ƏN ŞƏRƏFLİ SƏHİFƏSİNİN BƏDİİ TƏSVİRİDİR..."

 Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 1 saylı filialında

"Sonuncu əmr" romanının möhtəşəm ictimai müzakirəsi düzənləndi... Əfsanəvi kəşviyyatçı, Vətən Müharibəsi Qəhrəmanı şəhid, polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan bəhs edən bədii əsərin müzakirəsindən əvvəl söz alan filialın direktoru Mətanət xanım Qasımova qonaqları salamladıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Azərbaycanın Dövlət himni oxundu.

Tədbirə moderatorluq edən filialın direktoru Mətanət Qasımova məlumat üçün qeyd etdi ki, Prezident Fərmanı ilə yaradılmış Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası (Komissiyanın sədri Baş nazir Əli Əsədovdur) təqdim edilən əsərlərin (işlərin) rəsmi siyahısı Nazirlər Kabinetinin rəsmi portalında yayımlanıb. Eləcə də rəsmi media subyektlərində. "...Çox şadam ki, Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında Avropa Mətbuat Federasiyasının üzvü, "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, şəhid Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var.  Və ikiqat şadam ki, Azərbaycan ordusunun Ermənistan və Qarabağdakı separatçı rejim üzərində qəhrəmanlıq dolu Zəfər qələbəsindən bəhs edən bu əsər həm də bizim kitabxanada oxucularımızın və ziyalılarımızın iştirakı ilə ictimai müzakirəyə çıxarılıb. Əsəri az qala birnəfəsə oxudum, amma onu da deyim ki, bəhs edilən real hadisələrdən çox təsirlənmişəm... Həm də qürur duymuşam ki, bizim real qəhrəmanlar düşməni necə diz çökdürüblər. Romanda bu məqamlar olduqca peşəkarlıqla, bədii təsvirlərin bütün imkanlarından ustalıqla bəhrələnərək yazılmışdır. Müəllifi, tanınmış qələm ustası, jurnalist Asif Mərzilini gələcəyimizə bir əmanət olan bu tarixi faktlar dolu əsərinə görə təbrik edirəm...".

 Sonra söz romanın müəllifi Asif Mərziliyə verildi. Müəllif kitabın yazılma səbəb və məqamlarından danışdı, ona ünvanlanmış sualları cavablandırdı.

İctimai müzakirələrdə çıxış edən Azərbaycanın Əməkdar müəllimi, filoloq, "Tərəqqi" medallı Nəzakət Əhmədova qeyd romanın bədii dəyərlərindən və dil sadəliyindən, oxunaqlılığından danışdı: "...Bu əsər tariximizin ən şərəfli səhifələrinin gələcəyə ən etibarlı dayıyıcısıdır... Əsərdə nəinki 44 günlük Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun nümunəvi və örnək olan qəhrəmanlıq dolu döyüş yolu ən güclü bədii təsvir vasitələri ilə qələmə alınıb, həmçinin onun bir kəşfiyyatçı kimi döyüşkənliyi, 30 ildir torpağımızı işğal etmiş düşməndən qisas almaq yanğısı real faktlar əsasında qələmə alınıb...".

Tənqidçi-filoloq, "Carçı" jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva romanın digər məziyyətlərindən, eləcə də gənclərə vətənpərvərlik ruhunun aşılanmasındakı mühüm əhəmiyyətindən danışdı: "...Mən əsəri diqqətlə oxumuşam. Özüm də hərbçi ailəsiyəm və o qədər təsirləndim ki, təkrarən bir də oxumalı oldum... Orda 92-ci ildə ailəlikcə girov düşən Rəşad adlı uşağın acı, amma örnək olası həyatı da təsvir olunur. Ailəsi və qohumları gözünün qarşısında odda yandırılan Rəşad anasının "Sağ qalsan bu murdar ermənilərdən qisasımızı al, oğul!" hayqırtısını yadında saxlayır... Və zaman yetişir, o, hətta onu böyüdən, ali təhsil verən dayısının  qızı ilə evlənmə təklifini sonraya-ermənilərdən qisas almaqdan sonraya saxlayır. Və o, "Qartal"lla kəçfiyyata gedir və qisasını alır... Yazıçı, romanın müəllifi olduqca bir incəliyi burada təqdim edir: Rəşadın düşməndən qisas almaq ləyaqəti də kişiyana, əsl türk kişisinə yaraşan formada olur, bu qisas bir neçə ay sonra Qarabağda baş tutan və Ordumuzun qələbə ilə başa çatdırdığı qisas əməliyyatı ilə nöqtələnir... Bu peşəkar bədii təsvir və təqdimatına görə müəllifi ürəkdən təbrik edirəm...".

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəziyby I vitse- prezidenti Ruhiyyə Poladova çıxış edərək əsərə  yüksək qiymət verdi: "...Mən bu əsəri oxuyanda inanın bir neçə gün özümə gələ bilmədim, əsərdəki hadisələrin təsirindən çıxa bilmirdim. Ona görə ki, bütün hadisələr real idi, uydurma deyildi, düşmənlərimizin tarix boyu bizlərə yaşatdığı və insanlığa yaraşmayan bədnam əməllərinin bədii təsviri idi... Orxan Əkbərovun döyüşdə əsgərlərindən öndə olması isə ayrı bir mövzudur. O, təkcə komandir yox, həm də əsgərlərinin atası, böyük qardaşı kimi öndə durur... Müəllif Asif Mərzilini bu möhtəşəm əsərə görə ürəkdən təbrik edirəm və inanıram, hissimdə də yanılmıram ki, əsər Dövlət mükafatına layiq görüləcək...".

 "Azərbaycan -İraq" İB-nin sədri Tahirə Məmmədova çıxışında əsərin bədii qayəsindən geniş danışdı: "...Əsəri oxuyanda bir anlığa dünyaya göz açdığım Şuşa, Daşaltı... gözümün qarşısına gəldi. Düşmən 30 il at oynatmışdı o yurdlarımızda. Amma Ali Baş Komandan İlham Əliyevin yaratdığı, arxa durduğu müzəffər ordumuz düşmənə kimliyini sübut etdi, Qarabağdan birdəfəlik rədd etdi. Əsərdə bu tarixi və real hadisələr elə təsvir edilib ki, bir-birindən ayırmaq olmur. Yəni, real hadisələr elə ustalıqla, bədii təsvirlərlə verilib ki, bilirsən ki, baş verənlər tamamilə reallıqdır, uydurulmuş hadisələr deyil. Əsərin bədii gücü və oxucunu özünə başlama vasitəsi də buna görə diqqəti çəkəndir... Odur ki, müəllifi, Asif Mərzilini bu bədii uğuruna görə təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.".

Daha sonra ictimai müzakirələrdə "Təzadlar" qəzetinin şöbə müdiri, filoloq Elbar Şirinov çıxış edərək əsər haqqında fikirlərini səsləndirdi.

225 saylı məktəbin şagirdlərinin hərbi geyimdə vətənpərvərlik şeirləri söyləməsi isə tədbiri daha da ovqatlı və mənalı etdi...

İctimai müzakirələrdən sonra çıxış edən "Sonuncu əmr" romanının müəllifi Asif Mərzili iştirakçılara bir xoş xəbər də çatdırdı: "Yazıçılar adətən əsərlərində müharibə  qəhrəmanlarını kişilərdən seçirlər... Biləsiniz ki, istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində kişilərlə birlikdə döyüşən qadınlarımız da olub. Şəhidlərimiz arasında da qadın döyüşçülər var. Mən artıq ssenariləşdirirəm, növbəti əsərimin qəhrəmanı qanın olacaq...".

İştirakçılardan birinin "Həmin qadın qəhrəman kimdir", -sualına Asif Mərzili belə cavab verdi: "Açığını deyim, o qəhrəmanı mən seçməmişəm, onun qəhrəmanlıq dolu həyatı məni müəllif olaraq seçib... Kimliyi isə əsər hazır olandan sonra açıqlanacaq...".

Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.

Y.Məmmədli

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14500
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11401
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9272
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3134
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2651
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2433
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2403
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2194
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1862
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1701
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1226
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
838
Azərbaycan nefti ucuzlaşdı
809
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
791
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
746
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
719
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
699
Mayın ilk gününün havası açıqlanıb
617