AZ

Sofiya-Bakı müntəzəm uçuşları bərpa ediləcək

"Prezident Əliyevin təşəbbüsü ilə biz tariflərin uyğunlaşdırılması və gömrük inzibatçılığı məsələlərində də sadələşdirmə prosesləri ilə məşğul oluruq ki, biz həmin məsələləri həll edə bilək. Gördüyünüz kimi, burada AZAL və Bolqarıstan hava yolları arasında saziş imzalandı. Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik".

Bunu Bolqarıstan Prezidenti Rumen Radevin bildirib.

Rumen Radev əlavə edib ki, eyni zamanda, "biz “Asarel Investment” və SOCAR arasında Sazişin imzalanmasının şahidi olduq və bu sahədə də görüləcək işlərimiz çoxdur".

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

Mərasomdə, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

Sofiya-Bakı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
marja.az

1Mənbələr