AZ

Gəncədə sərnişin və yük daşınması artıb

Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında məlumatları açıqlayıb.

Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2024-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 22,5 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 1,3 milyon ton yük daşınmışdır. 2023-cü ilin yanvar-mart aylarına nisbətən sərnişin daşınması 7,6 faiz, yük daşınması isə 7,7 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 1,9 milyon manatlıq xidmət göstərilmiş, xidmətlərin 96,8 faizi əhali tərəfindən istehlak olunmuşdur. 

Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 72,3 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 27,7 faiz təşkil etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla