AZ

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Yaponiyada

Bakı, 8 may, AZƏRTAC

Yaponiyanın “Orange” adlı startapı manqanın (yapon komiksləri – red.) ingilis dilinə tərcümə edilməsi üçün süni intellektdən (AI) istifadə edəcək.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, startap bunun onlara indiki ilə müqayisədə beş qat daha tez və 90 faiz ucuz başa gələcəyini bildirib. “One Piece” və “Dragon Ball” kimi manqa seriyaları Yaponiyada böyük hitə çevrilib: “Orange” startapının proqnozlarına görə, 2030-cu ilə qədər bu bazarın həcmi 42,2 milyard dollar təşkil edəcək.

Bununla belə, müəlliflərin bildirdiyinə görə, hər il Yaponiyada istehsal olunan 700.000 manqa cildinin yalnız 2 faizi ingilis dilində nəşr olunur. Buna səbəb tərcümə prosesinin çətin, tərcüməçi sayının isə az olmasıdır.

Ancaq malik olduğu texnologiya sayəsində “Orange” ay ərzində ingilis dilində 500 manqa hazırlamaq niyyətindədir ki, bu da sənayenin mövcud imkanlarından 5 dəfə çoxdur və beş il ərzində 50.000 cild deməkdir. Digər dillərə tərcümələr daha sonra həyata keçiriləcək.

“Kitabın tərcüməsi ilə müqayisədə danışıq dilinin çox qısa cümlələrindən istifadə edilən manqada istifadə olunan yapon dilinin tərcüməsi kifayət qədər çətindir”, - deyə “Orange” şirkətinin marketinq üzrə vitse-prezidenti Tatsuhiro Sato deyib.

O, həmçinin izah edib ki, müəyyən bir cümlənin əslində səhnə personajı tərəfindən dialoq kimi tələffüz edilib-edilmədiyini və ya bu ifadənin ağılda yaranan mənzərəni təsvir edən səssiz dodaqaltı pıçıltı olub-olmadığını anlamaq çox çətindir.

Problem ondadır ki, manqadakı orijinal mətn bəzən şaquli şəkildə yazılır və yapon sözləri ilə ekvivalent səslənən bu kəlmələri tapmaq da özlüyündə çətinlik yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14528
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11405
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9272
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3157
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2655
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2442
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2419
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2198
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1862
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1705
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1231
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
838
Azərbaycan nefti ucuzlaşdı
811
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
791
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
751
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
723
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
703
Mayın ilk gününün havası açıqlanıb
619