AZ

Kreml Britaniyadan sonra Fransanı hədələdi: "Hərbçiləriniz bizim qanuni hədəfimizə çevriləcək"

Britaniya silahlarının Ukrayna tərəfindən Rusiya ərazisinə qarşı istifadə ediləcəyi təqdirdə Britaniya hərbi obyektlərini vura biləcəyini deyən Moskva, indi də Fransaya xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında bu sözləri deyib: “Əgər fransızlar münaqişə zonasında görünmək istəsələr,  Rusiya ordusunun hədəfinə çevrilmələri qaçılmaz olacaq”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini istisna etmədiklərini və müzakirələr apardıqlarını bildirmişdi.

Rusiya tərəfindən verilən açıqlamada, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya əsgər göndərəcəyi təqdirdə, fransız əsgərlərinin Rusiya ordusunun “qanuni” hədəfinə çevriləcəyi bildirilib.

 Zaharova hesab edir ki, bu Makronun Rusiya üçün bir növ "strateji qeyri-müəyyənlik" yaratmaq istəyinin ifadəsidir. Qarşıdurma bölgəsinə gələn fransız əsgərlər rus ordusunun hədəfinə çevriləcəklər"

Bundan öncə isə Rusiya bəyan etmişdi ki, Ukrayna Rusiyanı vurmaq üçün Britaniyanın verdiyi uzaqmənzilli raketlərdən istifadə edərsə, Britaniyanın Ukraynadakı və Ukraynadan kənardakı hərbi obyektlərinə hücum edə bilər.

Nərgiz,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15435
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9520
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3501
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2831
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2831
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2640
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1938
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1854
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1290
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
943
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
883
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
877
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
842
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
827
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
764
Mayın ilk gününün havası açıqlanıb
734
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721