AZ

"Rusiya ilə müharibə aparmırıq"- Makron nə demək istəyir...

Image

Bədrəddin Quliyev: “Fransa Afrikadakı mövqelərini itirdikdən sonra Rusiyaya qarşı daha da aqressivləşib”

Fransa prezidenti Emmanuel Makron Çinin dövlət başçısı Si Cinpinlə birgə mətbuat konfransında bildirib ki, ölkəsi Rusiya ilə müharibə aparmır: “Biz nə Rusiya ilə, nə də rus xalqı ilə müharibə vəziyyətindəyik”. O qeyd edib ki, Paris Rusiyada hakimiyyət dəyişikliyinə də can atmır.

Bütün bunlara Rusiyada olduqca maraqlı reaksiya verilib. Rusiya Federasiya Şurasının İnformasiya siyasəti və KİV-lə qarşılıqlı əlaqə Komissiyasının rəhbəri Aleksey Puşkov Makronun Parisin Rusiya ilə müharibə vəziyyətində olmaması barədə sözlərini şərh edərək, onu ikiüzlülükdə ittiham edib: “Makronun demaqogiyası boş və ikiüzlüdür. Ən əsası, məsələnin mahiyyətini dəyişmir. Əgər o, hərbçilərini Rusiya ilə döyüşməyə göndərsə, Fransanı Rusiyaya və xalqına qarşı vuruşan ölkəyə çevirəcək”.

Doğrudan da, Makron bu açıqlaması ilə özünün riyakar siyasətçi olduğunu bir daha ortaya qoymuş olur. Çünki bir neçə gün əvvəl o, ruslarla vuruşmaq üçün Ukraynaya canlı qüvvə göndərməyə hazır olduğunu demişdi.

Makronun bu ikiüzlü siyasətilə bağlı siyasilər nə düşünür?

Müstəqil siyasətçi  Bədrəddin Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 

Fransanın son dövrlər yürütdüyü siyasət bütün dünyada heyrət yaradır: “Bunun ən başlıca səbəbi Makron amili ilə bağlıdır. Ukrayna müharibəsindən sonra Fransa daha da fəallaşıb. Biz bunu həm Cənubi Qafqazda, həm də Ukrayna cəbhəsində aydın hiss edirik. Fransa Afrikadakı mövqelərini itirdikdən sonra Rusiyaya qarşı daha da aqressivləşib. Rusiya 10-dan çox Afrika ölkəsində kilsələr vasitəsilə təbliğata start verib. Bunu geniş formada etməklə, Fransanı sıxışdırırlar. Fransa və Almaniya Avropa Birliyinin gücündən istifadə etməklə irəli çıxıb, Rusiyanı zəiflətmək istəyir. Makron Ukraynaya həm texnika, həm də canlı qüvvə göndərir. İndi də deyir ki, güya Rusiyaya qarşı deyil. Rusiya ilə Fransa arasında tarixi ziddiyyət olub. 1812-1815-ci illərdə bu iki İmperiya arasında müharibə baş verib. Fransızlar hətta gəlib Moskvaya çıxıb, bu şəhəri yandırıblar. Sonda ruslar qalib gəlib. Ola bilər ki, tərəflər bir-birindən həm də tarixi qisaslarını almaq istəyirlər. Bu iki ölkə arasındakı münasibətlərin kəskinləşməsinin bizə qəti ziyanı yoxdur. Əksinə, başlarının bir-birinə qarışması yaxşıdır. Dost olanda üstümüzə birlikdə gəlirdilər. Biz bunu ATƏT-in Minsk qrupu həmsədrləri məsələsində gördük. Dünya siyasətində Fransanın məkrli siyasəti bir daha üzə çıxır. Xoruz kimi hoppanıb banlamaqdan başqa nəsə edə bilməməsi onu daha da rüsvay edir. Onları nə ruslar, nə də ukrainlər maraqlandırır. Başlıca hədəfləri imperiya maraqlarını təmin etməkdir. Artıq Makron açıqlamaları ilə özünü rəzil günə salıb. Bu adam bəlkə də  Fransanın dövlətçilik tarixində ən biabırçı, ölkənin başını aşağı salan prezident kimi tarixə düşdü. Belə vəziyyət yaranıb ki, artıq Makronun dediklərinə ciddi yanaşılmır. Çünki bu şəkildə ziddiyyətli mövqe nəinki ölkə başçısını, adi adamı belə hörmətdən salır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15658
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11827
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9566
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3548
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3007
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2882
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2669
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2334
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1950
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1875
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1347
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
967
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
896
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
882
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
867
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
834
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
775
Mayın ilk gününün havası açıqlanıb
745
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721